Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Ən çox oxunan kitablar
Ağsu rayonunun bələdçi kitabı
16 Noyabr , 2016
Ağsu rayonu 8 oktyabr 1943-cü ildə təşkil edilmiş, 4 yanvar 1963-cü ildə ləğv edilib.Kürdəmir rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur. A. Bakıxanov "Gülüstani-İrəm" əsərində qeyd edir ki, Nadir şah tərəfindən 1735-ci ilin may ayında Şamaxı şəhərinin 4 ağaclığında (37 km), mövqe etibarilə çox əlverişli olan Ağsu adlı yerdə yeni şəhərin əsası qoyuldu. Az bir zamanda şəhərin ətrafında hasarlar tikildi. Şəhərin qədim əhalisi də buraya köçürüldü və Ağsu Şirvan hakimlərinin mərkəzi oldu. Həmin qədim şəhərin qalıqları (hazırda "Xaraba şəhər" adlanır) müasir Ağsu şəhərinin cənubunda yerləşir. Şəhərin adı isə ərazisindən keçən "Ağsuçay"ın adı ilə bağlıdır. Əvvəllər şəhər tipli qəsəbə olan Ağsu 1967-ci ildə şəhər statusu almışdır. Ağsu rayonu şərqdən və şimal-şərqdən Şamaxı, cənubdan Hacıqabul və Kürdəmir, qərbdən və şimali-qərbdən İsmayıllı rayonları ilə həmsərhəddir.
Faylı yuklə