Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Kitab abidələri
Herman Hesse Yalquzaq
1 Fevral , 2017
Bu kitab Yalquzaq adlandırdığımız o kişidən qalma qeydlərdən ibarətdir. Həmin ifadəni özü də tez-tez işlədərdi. Əlyazmasının ön sözə ehtiyacı olub-olmadığını demək çətindir, ancaq, hər halda, Yalquzağın yazılarına onunla bağlı bəzi xatirələrimi də əlavə etməyi vacib sayıram. Əslinə baxsan, həmin adam haqqında məlumatım azdır, kimliyi-nəçiliyi, ümumiyyətlə, bütün keçmişi hələ indiyəcən də mənim üçün qaranlıq qalıb. Ancaq bunlara baxmayaraq, deyərdim ki, şəxsiyyəti məndə dərin və xoş bir iz buraxıb.
Faylı yuklə