Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Yeni kitablar
AZƏRBAYCAN RƏHBƏRLİYİNDƏ İXTİLAFLAR VƏ DAXİLİ SİYASİ ÇƏKİŞMƏLƏR
2 Fevral , 2017
Müstəqil, demokratik, çoxpartiyalı cəmiyyətin mövcud olduğu bir zamanda totalitar sovet rejimində baş vermiş siyasi proseslərin əsil mahiyyətini açıqlamaq, xüsusən də dövlət rəhbərliyindəki daxili ixtilaflardan, siyasi çəkişmələrdən bəhs etmək asan olduğu qədər də məsuliyyətli, ciddi tədqiqat mövzusu hesab edilə bilər. İdeoloji diqtədən uzaq, obyektiv tədqiqat imkanı olduğu bir şəraitdə 1920-1925-ci illərin ab-havasını, dövlət idarəçiliyi mexanizminin özünəməxsus xüsusiyyətlərini bilmək, siyasi müstəvidə şəxsi keyfiyyətlərdən doğan, müstəqil xarakter daşıyan mübarizənin təhlilini vermək xeyli zəhmət tələb edən vəzifədir.
R.M.Bayramovanın «Azərbaycan rəhbərliyində ixtilaflar və daxili siyasi çəkişmələr (1920-1925-ci illər)» monoqrafiyası bu problemə həsr olunmuş mühüm əhəmiyyətə malik ilk əsərdir. Monoqrafiya həm mütəxəssislər, həm də geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Faylı yuklə