Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Yeni kitablar
Mir Cəlal - Füzuli sənətkarlığı
3 Fevral , 2017
Bu kitabda Füzulinin sənət və s ənətkar haqqında fikirləri, şairin üslubu, istifadə etdiyi ədəbi priyomlar, bədii təsvir vasitələri, şeir dili, bədii nəsr dili və s. kimi sənətkarlıq xüsusiyyətləri geniş şərh olunur. Əsər müəllimlər və ali məktəb tələbələri üçün faydalıdır.
Belinski sənətkarların yaradıcılıq ilhamını təbiət hadisələriləmüqayisə edərək bəzisini şampan şərabı kimi köpüklənən qazlısuya, bəzisini yaşıl kənarlı arxlardan gələrək axan duru suya,bəzisini isə kükrək dalğalarla aşıb-daşan Niaqara şəlaləsinə, birqismini də sahilləri və dibi görünməyən, yeri-göyü əks etdirənmühit dənizlərinə bənzədir... Füzulinin sənəti, şübhəsiz ki, axırıncılardandır. Bu böyükşeir dühasının əsərlərilə dərindən tanış olanda heyrət bizigötürür. Biz bu nadir və qadir şeir ustadının, qəlblərmühəndisinin, "könül mülkünün sultanının" hətta ayrı-ayrı lirikəsərlərinə səcdə etməkdən özümüzü saxlaya bilmirik. Bəlkəbuna görədir ki, indiyə qədər vətənimizdə və onun xaricindəFüzuli haqqında yazanlar, danışanlar, tədqiq edənlər, mülahizəyürüdənlər çox olsa da, onun dühasını ləyaqətlə təhlil, təyinedən mühüm bir elmi əsər yaradılmamışdır. Görünür ki, yüksəkzövq sahibi, sənətin xarüqələrini duyub dərk edən adamlarFüzulinin şeir gülüstanında özlərini vəcd və heyrətdən xilas edəbilmirlər. Füzuli misralarından aldıqları tükənməz mənəvi,estetik zövq ilə yaşamağı bu misralar üzərində təhlilaparmaqdan daha fəzlə, daha münasib sayırlar.
Faylı yuklə