Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Yeni kitablar
HÜSEYN CAVİD ƏSƏRLƏRİ BEŞ CİLDDƏ V CİLD
27 Oktyabr , 2017
Ədəbiyyatımızın ən böyük klassiklərindən biri kimi şöhrətlənmiş Hüseyn Cavid qələmə aldığı faciələrdə Şərq taleyinin müxtəlif ciddi problemlərini qaldırmış, türkçülük ideyalarını təbliğ etmiş, ümumbəşəri məsələləri yüksək humanizm mövqeyindən işıqlandırmışdır.
“Əsərləri”nin bu son cildinə sənətkarın “Xəyyam” (1935) və “İblisin intiqamı” (1936-1937) dramları daxil edilmişdir. Bəlkə də ən poetik, ən şairanə pyesi olan “Xəyyam”da Cavid Şərqin qədim və ziddiyyətli keçmişini artıq bir şair-filosofun timsalında tərənnüm edir. Əsrinə sığmayan şairin həyat mübarizəsi əsərin əsas süjet xəttini təşkil edir. Hüseyn Cavidin bütünlükdə bədii bioqrafiyasından qırmızı xətt kimi keçən İblis ideyası və obrazı öz qanunauyğun fəlsəfi-estetik və bədii yekununu dramaturqun son əsərində – faşizm əleyhinə çevrilən, müharibə məfkurəsinin təhlilinə həsr olunan “İblisin intiqamı”nda tapır. Bu cilddə mütəfəkkir sənətkarın eləcə də məqalə və məktubları toplanmışdır.
Faylı yuklə