Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Yeni kitablar
QARA QARAYEV BİBLİOQRAFİYA
30 Oktyabr , 2017
QARA QARAYEVİN ANADAN OLMASININ 90 İLLİK  YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
2008-ci ilin fevral ayında dahi Azərbaycan bəstəkarı, görkəmli alim-pedaqoq, ictimai xadim, SSRİ xalq artisti,  Sosialist Əməyi  Qəhrəmanı,  SSRİ  və  Azərbaycan  Dövlət  mükafatları laureatı, akademik Qara Əbülfəz oğlu Qarayevin  anadan olmasının 90 ili tamam olur.  Qara Qarayevin yaradıcılığı Azərbaycan musiqi sənəti  tarixinin parlaq səhifələrini təşkil edir. Klassik və müasir  musiqinin uğurlu sintezini yaradaraq mədəniyyətimizin  inkişafına dəyərli töhfələr vermiş bəstəkarın müxtəlif  janrlı əsərləri XX əsr dünya musiqi mədəniyyəti xəzinəsinə daxil  olmuşdur. Zəmanəmizin görkəmli sənətkarının fəlsəfi məna və  ümumbəşəri duyğuların zənginliyi ilə səciyyələnən böyük irsi  müəllifinə dünya şöhrəti gətirməklə yanaşı, Azərbaycan  professional musiqisinin beynəlxalq aləmdə tanınmasında  xüsusi əhəmiyyət kəsb etmişdir.  Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində  müstəsna xidmətləri olmuş Qara Qarayevin 90 illik yubileyinin  layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara  lıram: 1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi  Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan  Milli Elmlər Akademiyası ilə birlikdə Qara Qarayevin  90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb  həyata keçirsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 19 dekabr 2007-ci il

Faylı yuklə