Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Normativ hüquqi sənədlər
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi sistemindəki şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemi haqqında Ə S A S N A M Ə
17 May , 2016
1. Ümumi müddəalar.

1.1. Eyni sistemə aid olan kitabxanaları vahid strukturda özündə könüllü birləşdirən şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemi (bundan sonra - MKS) dövlət mədəniyyət sisteminə və dövlətin mülkiyyətinə daxil olan mədəniyyət təsisatıdır.
1.2. MKS öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Mədəniyyət haqqında” və “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının qanunlarını, digər qanunvericilik aktları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnaməni, Nazirliyin əmr, sərəncam və Kollegiya qərarlarını, şəhər (rayon) İcra Hakimiyyətinin əmr və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
Faylı yüklə