Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Normativ hüquqi sənədlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 Oktyabr 2011-ci il tarixli 162 saylı "Azərbaycan Respublikasının şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemi haqqında Qərarı
31 May , 2016
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli 162 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri"ndədəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli 162 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, №10, maddə 968) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri"nə dair cədvəlin "Qeyd" sütununda "Təmizlənən hər 150 kv.m sahə üçün 1 ştat vahidi verilir" sözləri "Təmizlənən sahə 300 kv.m-dək olduqda 0,5 vahid, 300 kv.m olduqda 1,0 vahid, sonrakı hər 150 kv.m üçün əlavə 0,5 vahid verilir" sözləri ilə əvəz edilsin.
Faylı yüklə