Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Metodiki vəsaitlər
Metodiki vəsaitlər- Fevral 2016-cı il
7 Dekabr , 2016
Nəriman Həsənzadə 85 (metodiki vəsait)
Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci il fevral ayının 18-də Qazax rayonunun Poylu stansiyasında anadan olmuşdur.O, ibtidai və orta təhsilini öz rayonunda,ali təhsilini isə 1949-1953-cü illərdə indiki Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində almışdır.1961-
ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirərək ikinci ali təhsil almış, Moskvada ikillik Ali Ədəbiyyat Kurslarında oxumuşdur.1962-1965-ci illərdə Azərbay- can Dövlət Universi-
tetinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuş, 1965-ci ildə dissertasiya müdafə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır.1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, 1976-1990-cı illərdə “Uşaq və Gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri,”Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdir. 1991-2001-ci illərdə mətbuat və informasiya nazirinin birınci müavini vəzifəsində çalışmışdır. 1954-cü ildə Azərbaycan Yazıçılar İttifaqının (Bir- liyinin), sonralar isə idarə Heyətinin üzvü seçilmişdır. 1991-1995-ci illərdə millət vəkili olmuşdurş.Hal-hazırda Milli Aviasiya Akademiyasında Hümanitar fənlər kafedrasının müdiri vəzifəsində çalışır,Elmi Şuranın üzvüdür.2004-cü ildə Azərbaycan yazıçılarının XI qurultayın-da katibliyin qərarı ilə ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir.2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbiri üzvü, 2004-cü ildə akademiki seçilmişdir.Mətbuatda 1953-cü ildən çıxış edir. Əsərləri keçmiş SSRİ və bir cox xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.Nəriman Həsənzadə epik-dramatik poemalar müəllifi kimi də tanınmışdır.”Nərman” “Zümrüd quşu””Kimin sualı var?” və s.poemaları iki dildə (Azərbaycan və rus )nəşr edilmişdir. Onun “Bütün Şərq biilsin”pyesi əvvəlcə Sumqayıt Dövlət Dram Teatrında (1980),sonra Akademeik Milli Dram Teatrında (1982), Moskvanın V.Mayakovski adına Akademik Dram Teatrında (1983) göstərilmiş və mükafatlandırılmışdır.
”Atabəylər”(1984) və “Pompeyin Qafqaza yürüşü” (1997) mənzum pyesləri Akademik Milli Dram Teatrında və Naxçıvan MR Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. Xalq şairi 34 bədii-potetik toplunun, 2010-cu ildən nəşr edilən yeddicildlik “Seçilmiş əsərləri”n, “Tarixi-
miz,taleyimiz”adlı irihəcmli elmi ədədi-tənqidi məqalələr toplusunun “Poylu-beşiyim mənim” (2007), “Nuru Paşa”( 2010), ”illər...pillələr...talelər...(2011), kitablarının müəllifidir.100-dən artıq şeririnə musiqi bəstələnmişdir. Bəstəkar R. Mustafayevlə “Nəriman” və N.Əliverdibəyovla “Vətən” kantatalarını işləmişdir. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz (Ruminiya 2009) və”Nuru Paşa”(Türkiyənin jurnalında) poemaları dərc edilmişdir.
Nəriman Həsənzadənin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilmiş “Əməkdar incəsənətxadimi”,2005-ci ildə isə”Xalq şairi fəxri adlarına layiq görülmüşdür.2001-ci ildə “Şörət” ordeni ilə təltif edilmişdir. Azərbaycan və Belarusun Fəxri Fərmanları ilə təltif olunmuşdur. Fərdi prezident təqaüdçüsüdür.
Görkəmli şəxsiyyətlər Nəriman Həsənzadə haqqında:
N.Həsənzadənin şerirlərindən mən həmişə həzz almışam.Onun şeirlərində həmişə ürək döyünür. Çünki oxucusu ilə o ürək dilində danışır. Ürək dili nədir? Səmimiyyət! Onun şeirləri həmişə məni isidib,həmişə düşündürüb, görə bilmədiklərimi mənə göstərib.
Bəxtiyar Vahabzadə. xalq şairi.
O təkcə şeirində,nəsirində,dramaturgiyasında,publisistikasında deyil,adı məişətdə də böyük şairdir.


Nizami Cəfərov. professor, Əməkdar elm xadimi.
N.Həsənzadə təpədən dırnağa söz adamıdır; nəsrində də, dramaturgiyasında da adı çıxış və məqalələrində də şairdi;sözün səsinə qulaq verən,bu səsi səriştəli şəkildə müəyyən insanlara yola salan və əks-səda kimi qarşılanan, sözdən əsgəri borcunu necə yerinə yetirdiyi barədə hesabat istəyəndir...
Məmməd Araz. xalq şairi.
Yubiley tədbirlərinin keçirilməsi Yubileylə əlaqədar kitabxana filiallarda geniş tədbirlər planı hazırlanmalıdır. Kitabxanada ilk əvvəl yubiley haqqında foto sərgi, kitab sərgisi hazırlamaq olar. Nəriman Həsənzadənin yaradıcılığı ilə bağlı hazırlanmış sərgi müxtəlif başlıqlar altında keçirilə bilər.Məsələn: “Nəriman Həsənzadə -85”, “Taleyinə şairlik yazılmış Nəriman Həsənzadə”,” Çiçək nəfəsli”,”Nərimanlı dünya”,” Etiraflar poeziyası”,”Şairin inam nəğməsi” və s.İndi isə Nəriman Həsənzadə- 85 adlı sərginin nümunəsini veririk.
Başlıq:
1. “Nəriman Həsənzadə-85” 2. Nəriman Həsənzadənin kitablarının nümayişi. 3. Görkəmli insanların Nəriman Həsənzadə haqqında söylədikləri. 4. Dövrü mətuatda çap olunan məqalələrin kartotekası. 5. Şeir parçası. Ədəbiyyat Siyahısı:
1. Həsənzadə.N. Qoça çobanın hekayəti.-Bakı.: Uşaqgəncnəşr, 1960.-30 s. 2. Həsənzadə.N. Niyə demədiniz: Şeirlər.-B.:Gənclik,1970.-131 s.
3. Həsənzadə.N. Mənim gecəm gündüzüm: Şeirlər və poemalar-B.: Gənclik, 1973.-235 s.
4. Həsənzadə N. Nəriman: Epik-dramatik poema.B.: Yazıçı,1978.-196 s.
5. Həsənzadə.N. Sən bağışladın: Şeirlər və poemalar. B.:Gənclik,1979-152 s.
6. Həsənzadə.N. Bir az möhlət istəyirəm ömürdən :Şeirlər və poemalar.B.:Yazıçı,1981.-454 s
7. Həsənzadə .N. Nabat xalanın çörəyi: Povest. Bakı:Gənglik,1986.-184 s. 8. Həsənzadə. N. Mənim nigahımı pozdu təbiət: Şeirlər. B.: Gənclik,1989.-332 s. 9. Həsanzadə. N. İllər,səndə nəyim qaldı.B.:Yazıçı,1991.-300 s. 10 Həsənzadə. N. Heç nə istəməyən qız: Şeirlər.B.:Gənclik,1993 .-50 s. 11 Həsənzadə .N. Gəlimli-gedimli dünya.B.:Şərq-Qərb,1995.-313 s. 13.Həsənzadə. N. Pomleyin Qafqaza yürüşü: B.: Azərbaycan Ensiklopediyası,1995.-62 s . 14. Həsənzədə.N. Seçilmiş əsərləri :Poeziya .-B.: Şərq-Qərb,2004.-336 s. 15. Həsənzadə. N. Poylu-beşiyim mənim:Poylu eposu 2007, 16. Həsənzadə. N. Nizami.(Müasirim haqqında poema).B.: Şirvannəşr,2009.-96 s. 17. Həsənzadə. N. Zümrüd quşu: Epik –Dramatik poema. Bakı: 144 s.
Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri: M. Əhmədova.



Xocalı Soyqırimı günü 1992
(metodiki məktub) * Xocalı rayonu
* Ərazisi: 936 km 2 * Əhalisi:25332 nəfər * İşğal tarixi: 26.02.1992 * İnternet saytı http:// xocali-ih.gov.az
______________________________________________________________________
Ötən əsrin 1992-ci ilinin fevralında tarixdə görünməmiş qətilam baş verdi. Türkləri özlərinin əbədi düşməni hesab edən ermənilər məskunlaşdıqları türk torpaqlarında insanlığa xas olmayan vəhşiliklər törətməklə, Xocalı adlı bir yurd yerini yer üzündən sildilər-insanlar amansızlıqla qətlə yetirildilər, əsir götürüldülər,şəhər isə oda qalandı.Bu,Qarabağ müharibəsinin ən qəddar səhifəsi idi.1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu,ən dəhşətli soyqırım törədildi. Buna qədər isə Xocalı erməni-daşnaklar tərıfindən tam mühasirəyə alınmışdı.Yollar tamam kəsilmiş, Xocalı taleyin ümidinə buraxılmışdı.Halbuki xocalılar erməni-daşnakl hərbi qüvvələrinə mərdliklə müqavimət göstərir,şəhəri çətinliklə də olsa qoruyub saxlayırdılar. Düşmən elə buna görə də Xocalı sakinlərini vəhşiliklə, qəddarlıqla və kütləvi surətdə qətlə yetirdi.Faciənin miqyası son dərəcə böyük və dəhşətli idi. Ağdam istiqamətində düzlər, dərələr,dağlar günahsız insanların cəsədləri ilə dolmuşdu.Yergöy qan ağlayırdı. Ermənilər qadınlara və uşaqlara,qocalara və xəstələrə rəhm etmədən hamını güllələyərək süngüdən keçirmişdilər. Xocalı soyqırımına siyasi qiymət verən və bu barədə dünyanın ən yüksək tribunalarından danışan ümummilli lider Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə demişdir:”...biz toplaşıb Xocalı faciəsinin cavabını verək, şəhidlərin qanının yerdə qalmaması gününü görək Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını tamamilə bərpa edək,İnanıram ki, Azərbaycan xalqı belə qüdrətə malikdir”. Bu faciə zamanı böyük bir yaşayış məntəqəsi yer üzündən silinib,azərbaycanlılara qarşı amansız soyqırımı törədilib: 613 nəfər qətlə yetirilib,1275 nəfər əsr götürelüb.Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda,keçidlərdə,meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər. Habelə azğınlaşmış erməni hərbçiləri əsir və girov götürdükləri azərbaycanlıları xüsusi amansızlıqla,işgəncə verərək qətlə yetiriblər. Mühasirədən çıxıb qaçmağa müvəffəq olan sakinlər təqib edilərək Kətik meşəsində, Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında, Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə amansızlıqla qətlə yetiriliblər. Əsir götürülənlərdən 18 nəfəri Əsgəran rayon Daxili işlər şöbəsində işgəncə verilməklə öldürülüb. Hücum zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədilib,dözülməz işgəncələr verilib,insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb. Xocalıya hücum edən erməni dəstələri ölkə iqtisadiyyatına 170 milyon dollardan artıq ziyan vurub. Şəhərin toxuculuq fabriki,onlarla ictimai iaşə obyekti dağıdılıb.200 nəfərdən cox insan müxtəlif dərəcəli əlilə çevrilib. Ermənilər buna görə cavab verməlidirlər. Əgər bunu edə bilməsək, gələcək nəsillər bizi heç vaxt bağışlamayacaqdır! Azərbaycan Respublikasının Milli Məclisi 24 fevral 1994-cü ildə 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli fasiələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da “Xocalı soyqırımı günü”elan olunması barədə qərar vermiş və Xocalı hadisələri barəsində həqiqətin dünya xalqlarına çatdırılması və “Xocalı soyqımı günü”nün beynəlxalqm miqyasda keçirilməsi üçün dünya azərbaycanlılarına müraciət etmişdir.Hər il fevralın 26-da saat 17.00 Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Keçiriləcək tədbirlər
Bu il fevral ayının19-da Xocalının Ermənilər tərəfindən işğal edilməsinin 24-cü ildonümü tamam olur. Bunula əlaqədar respublikamızın hər yerində, xüsusilə mədəni-maarif müəssisələrində,o cümlədən kitabxanalarda geniş tədbirlər planı hazırlanmalıdır. Bu məqsədlə kitabxanalar Xocalı facəsinin tarixinə aid əsərlər təbliğ etmək üçün əyani və şifahi təbliğatın: kitab sərgləri ,söhbət,oxucu konfrası, anım gecəsi və s.formalardan istifadə edə bilərlər.İlk növbədə kitabxanada sərgi təşkil olunmalıdır.Dağlıq Qarabağın tarixinə və bu gününə, Xocalı Soyqirmına aid müxtəlif çap olunmuş kitabları dövrü mətbuatda dərc olunmuş məqalələr ,şəkillər nümayiş oluna bilər.Kitabxanada keçirilən tədbirlər arasında anım gecəsi xüsusi yer tutur.” Xocalı Soyqırımı əsrin faciəsidir” başlıqlı anım gecəsi təşkil etmək olar.Cecədə Xocalı soyqırımın da didərgin düşmüş soydaşlarımızın da iştirakı və çıxışı vacibdir.Gecədə foto-şəkillərin də nümayiş etdirilməsi,gənc nəsillərdə vətənə,torpağa məhəbbəti,düşmənə nifrəti artırır. Xocalı soyqqırımına aid bayatılar.şeirlər,poemalardan parçalar dinlənilə bilər. Kitabxanalarda oxucularla aparılan söhbətləri və kitab sərgilərinin də əhəmiyyəti az deyil. Aşağıda “Xocalı Soyqırımının 24-cü ildönümü ilə əlaqədar sərginin sxemini veririk.

1. Başlıq: “Xocalı Soyqırımının 24-cü ildönümü”.
2. Xocalı Soyqırımı əsrin faciəsidir.
3. Xocalı göyərçinləri. 4. Tarixin qanlı səhifəsi 5. “Qarabağım qəm ocağım”. 6. “İnsanlığa qarşı cinayət”. 7.”Torpağa tökülən qan”. Ədəbiyyat siyahısı:
1. İnqilab xan Rəvan Vəlizadə,Hacı Cəfərli. “Xocalı facəsi”./ B.:”Çıraq” nəşriyyatı,2003.-348 s.
2. Fəridə,Hicran. Qarabağda talan var / H.Fəridə.-B.:Gənclik, 1992.-160 s.
3. Sultanov,Z.Qarabağ gündəliyi / Z.Sultanov.-B.:Yazıçı, 1991.-119 s.
4. Əhmədov,Y. Torpağa tökülən qan/ Y.Əhmədov.-B.: Azərnəşr,2004.-456 s.
5. Şirinov,T. “Qarabağda qan izləri” / T.Şirinov.-B.: Nərgiz nəşriyyatı” 2007.-250 s.
6. Kəngərli ,Q. Erməni lobbisi Azərbaycan facəsi / Q. Kəngərli.-B.:Yazıçı,1992-280 s.
7. Ordubadı M.S. Qanlı illər. / M,S.Ordubadı.-B.: 1991.-140 s.
8. Xuraman.”Qarabağın qəm ocağım” Poema və şeirlər. /B.:”Nağıl evi”,2004.-112 s. 9. Didərginlər. / B.: Gənclik, 1990.-384 s. 10.Əziznəm qarabağ. Bayatılar. /B.: Gənclik, 1993.-191 s.
11.Dağlıq Qarabağ Zəka qalib gələcək .B.: Azərməşr,1989.-464 s.
12.”Soyqırım analardan başlayır” .B.: Vətən nəşriyyatı,2003.-224 s.
13.Qarabağ-irsimzin ədəbi yaddaşı. B.: 2008.-379 s.
14.Erməni terroru (azərbaycan ,ingilis,rus dillərində ) .B.: Vətən, 2005.-166 s. 15.Alıyev,Vaqif. Xocalı göyərçinləri (Faciə haqqında kitab). / V.Alıyev.-B.:2011.-96 s. 16.Müslümqızı, Səriyyə Xocalı uşaqları Qan içində qar çiçəyi /S.Müslümqızı.-B.: 2013.-120 s. 17.Vasif,Səmədov. Leyla Əliyeva: “Xocalıya Ədalət” (Beynəlxalq Erməni Terronuna Qarşı Yeni Strateji Model) Üç cilddə II cild B.: 2014.-368 s.
Dövrü mətbuatda
1. Kamailqızı R.Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifəsdir.// Səs qəzeti.-2011.-18 fevral/-S 8-9.
2. Bayramov R. Xocalı soyqırımına gedən yol. / R.Bayramov //Azərbaycan qəzeti.-2011.- 22fevral.-2011.-S.9.
3. Zeynalov M.Heç vaxt unudulmayacaq faciə./ M.Zeynalov // Respublika qəzeti.-2011.-20fevral.- S.6.
4. Tağıyev B. Xocalı soyqırımı bəşəriyyətə insanlığa qarşı yönəlimiş cinayətdir./ B.Tağıyev //Azərbay-
can qəzeti .-2011.- 25 fevral.-S.8.
5. Seyidov Ə. Xocalı soyqırımı-insanlığa ,bəşəriyyətə,humanizmə qəsd./ Ə.Seyidova //Xalq qəzeti.-2012.- 7 fevral .-S 5.
6. XəlilzadəF.XX əsrin faciəsi- Xocalı soyqırımı,Şəhid yurdum – Xocalım. / F.Xəlilzadə // Azərbaycan .-2012.-14 fevral .-S. 14.
7. Vahidoğlu O.Xocalı soyqırımı-insanlığa və bəşəriyyətə qarşı cinayət. / O.Vahidoğlu // iki sahil.-2012.-9 fevral.-S.14
8. İnsanlığa qarşı cinayət, Faciəyə gedən yolun başlanğıcı. /Azərbaycan qəzeti.-2013.-12 fevral.-S.7.
9. Sadayoğlu Pərviz. Xocalı soyqırımı bəşər tarixinin ən dəhşətli faciələrindən biridir.// Yeni azərbaycan qəzeti.-2013.- 16 fevral .-S.6.
11.Bədəlov Əliqismət. Xosalı faciəsinin beynəlxal aləmdə soyqırımı kimi tanınması istiqamətində apalan işlər artıq öz nəticələrini verir. /Ə.Bədəlov// Xalq qəzeti.-2013.-20 fevral.- S.3.
12. Xocalı soyqırımı bəşəriyyətə qarşı amansız cinayətdir ./ azərbaycan qəzeti .-26 fevral.- 2014.- S.7.
13 Rəhman Salman. Qanlı fasiənin şahidi / S. Rəhman // Azərbaycan qəzeti.- 2014.-26 fevra.-S.11
14. Məlikov Rauf.Tarixi saxtalaşdıranlara layiqli cavab ./ R.Məlikov// Azərbaycan qəzeti.-2014.-27 fevral.- S.6.
15. Hüseynova R. Xocalı -22“Unudulmayacaq qan yaddaşı / R.Hüseynov// Səs qəze .-2014.-27 fevral.-S.14. 17. İdrisli,E,”Xocaliya ədalət” / E.İdrisli // Mədəniyyət.- 2014.-26 fevral.- S.13.
18. Qaraca,Bəxtiyar.Qarabağdan başlayan faciələr /B. Qaraca // Azərbaycan.-2015.-17 fevral.-S.5.
19.Zeynaloğlu, Camal.Bəşəriyyətə qarşı amansız cinayət /C.Zeynaloğlu // Azərbaycan.-20fevral.-S.5.
20. Əhmədov, Azad. Bəşər tarixinin dəhşətli faciəsi / A.əhmədov // Respublika .-2015.-24 fevral.-S.10.
21. Nuri ,Mikayıl. Xocalı soyqırımı tarixdə ən dəhşətli və faciəli səhifələrdən biridir / M.Nuri //İki sahil.-2015.-24 fevral S.21.
22. Bədəlov,Əliqismət. XX əsrin dəhşətli faciəsi / Ə.Bədəlov // Xalq qəzeti .-2015.-25 fevral.-S. 7.
Metodika vəsaiti hazırladı : M.Əhmədova.






Azərbaycanlıların Soyqırımı Günü (metodiki tövsiyə)
Azərvaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı tarixin açılmamış səhifələrindən biridir.1813-cü və 1828 ci illərdə imzalanmış Gülütan və Türkmənçay müqaviləri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoymuşdu. Azərbaycan xalqının bu milli faciəsinin davam kimi onun torpaqlarının zəbti başlandı.Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbacan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. İrəvan,Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “Erməni vilayəti”adlandırılan inzibatı bölgünün yaradılmasına nail oldular.Belə sünü ərazi bölgüsü ilə,əslində,azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyulmuş,”Böyük Ermənistan”ideyaları təbliğ olunmağa daşlanmışdı.”Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirmişdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etmişdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, yerlə yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdi.Birinci Dünya müharibəsi,eləcə də Rusiyada baº vermiº 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olmuşdular.1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılmışdı.Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali mənsubiyyətinə görə məhv edilmişdir.Ermənilər evlərə od vurmuş,insanları diri-diri yandırmışlar. Bakının böyük bir hissəsini xarabalığa cevirmişlər.Azərbaycanlıların soyqırımı Bakı,Şamaxı,Quba qəzalarında,Qarabağda,Zəngəzurda, Naxçıvanda,Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi sürətdə qətlə yetirilmiş kəndlər yandırılmış,milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın,o cümlədənçoxlu sayda qoca,qadın və uşaqların öldürülməsi ilə nəticələnmişdir.Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti, təkcə Bakı şəhəri ilə məhdudlaşmamışdir. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını,o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetirmişlər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayıisə 16 mindən artıq olmuşdur. 1919-cü ildə Azərbaycan Parlamenti 31 mart tarixinin-azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Sovet hakimiyyəti illərində bu tarixi yaddaşlardan silinsə də,müstəqillik dövründə tarıxısənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdirmalar aparılmış, kitablar dərc olunmuşdur.1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Həmin gündən başlayaraq 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
31 Mart soyqırımı hadisələrinin anım günü ilə əlaqədar kitabxanalarda keçiriləcək tədbirlər.
Xalqımızın tarixininin ağırlı unudulmaz səhifələrindən biri olan 31 mart azərbaycanlıların soyqırıı günüdür. Bu qanlı faciənin günü ilə əlaqədar olaraq kitabxanaların qarşısında mühüm vəzifələr durur. Bu münasibətlə xüsusi tədbirlər planı hazırlanmalıdır. Kitabxanaların əməkdaşları nəzərə almalıdırlar ki, 31 mart Azərbaycanlıların soyqırmı günü tariximizin qanlı səhifələrindən biridir. Elə buna görə kitabxanalar müasir oxucuları və geniş ictimayyəti tanış etmək üçün müxtəlif kütləvi tədbirlərindən, məruzələrdən ,əyani və kitad sərqilərindən, məruzələrdən , və s. bu kimi ənənəvi formalardan önəmli şəkildə istifadə etməlidirlər.31 mart soyqırımı həsr olunmuş tədbirlərə hazırlıq zamanı kitabxanaçı ayrıca proqram tərtib etməlidirlər. Kitabxanaçılar tədbirə hazırlaşmaqla yanaşı, görüləcək işlərin ardıcıllığını müəyyənləşdirməlidirlər.Bütün bunlarla yanaşı tədbirlərin harada və nəvaxt keçiriləcəyini dəqiqləşdirməli,onun kefiyyəti və məzmunu olmasına fikir verməlidirlər. kitabxanaçı məruzəçiyə hazırlaşmaq üçün 31 mart soyqırımla əlaqədar olan kitabları tövsiyə etməlidir.
1. 31 mart azərbaycalıların soyqırımı ilə əlaqədar kitabxanalarda keçiriləcək tədbirlər
2. 31 mart soyqırım”adlı anım tədbiri .
3. Kənd kitabxanalarının fəal oxucuları ilə birlikdə keçirilən təntənli anım mərasimində Iştirak
etmək.
Tövsiyə edirik ki,31 mart Azərbaycanlıların soyqırımı günüdür və onun haqqında olan materiallar mövzu kartotekası şəklində hazırlanıb oxucuların istifadəsinə verilsin. Bu zaman təşkilatçılar bu mövzuda olan kitabların müzakirəsini təşkil etməlidirlər.Bu dövr ərzində oxucular müzakirə ediləcək kitabı oxuyub onun mövzusunda irəli gələn ideya xətti haqqında söz deməyə hazır olmalıdırlar. Kitabxanaların əməkdaşlarına tövsiyə ediri ki, 31 mart Azərbaycanlıların soyqırımının geniş kütlələrə çatdırəlmasında sitat sərgisindən də istifadə etsinlər. Burada görkəmli şəxslərin, tarixçilərin fikirlərindən sitatların verilməsi məqsədəuyğundur. Sitat sərgisinin təşkili ədəbiyyatdan aslı olaraq kitabxanaçıların ixtiyarına verilir. 31 mart azərbaycanlılaın soyqırımı ilə əlaqədar olaraq uşaqlarla sual-cavab formasından da etmək məqsədəuyğundur. Sual-cavab gecəsini aşağıdakı kimi təşkil etmək olar.
* Azərbaycanlılara qarşı soyqırımı kimlər törətmişdir ?
* Soyqırımı törədməkdə məqsədl
* Soyqırımın əsas rəhbərləri kimlər idi.










2 Fevral Gənclər günüdür.
(Metodiki vəsait).

Müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması, hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya atmışdı.
1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdığı dövrdən Azərbaycan gəncliyini ölkənin taleyi üçün mühüm işlər görməyə çağırmışdı.Məhz elə 1993-cü ildən etibarən dövlət gənclər siyasəti öz işinə başlamış, gənclərin cəmiyyətdə layiqli yer tutmasını təmin etmək üçün yaradılmışdır.Ulu öndər gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi.Bu məqsədlə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılmışdır.1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüş, 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir.Forumda ulu öndər Heydər Əliyev şəxsən iştirak etmişdir.
1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən ulu öndər Heydər Əliyev “2 fevral-Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalamışdır.1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” fərman ulu öndərin gənclərə böyük önəm verdiyini təzahürü kimi qiymətləndirə bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşmış, 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər) təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il “Gənclər ili” elan edilmiş, 6 aprel 2011-ci il tarixində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında Sərəncam imzalanmış, Gənclər Fondu yaradılmışdır.Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.
Keçiriləcək tədbirlər.
2 Fevral Gənclər günüdür.Bu münasibətlə MKS-də və onun filiallarında Gənclər günü ilə əlaqədar çapdan buraxılmış çoxsaylı kitabça və dövrü mətbuat materiallarının böyük oxucu kütləsinə çatdırılması üçün əyani və şifahi təbliğatın kitab sərgiləri, kitabxana plakatı, stend, söhbət, məruzə, mühazirə və s. formalarından məqsədyönlü şəkildə istifadə olunmalıdır.Qeyd etmək lazımdır ki, kitab sərgiləri əyani təbliğat vasitələri arasında özünəməxsus yer tutur.Kitab sərgiləri elə bir vasitədir ki, oxucu onun köməkliyi ilə kitab, kitabça və dövrü mətbuat materialları ilə tanış olur.Oxucu sərgilər vasitəsilə kitabları bir-bir götürüb vərəqləmək, kitabların fəsilləri, bölmələri ilə tanış olmaq, kitablarda öz əksini tapan müxtəlif faktlarla tanış olmaq və s. imkanlara malik olur.Yeri gəlmişkən qeyd etmək lazımdır ki, kitab sərgilərini düzəldərkən bir sıra hazırlıq işləri aparılması zəruridir.Birinci növbədə kitabxanaçı sərginin başlığını müəyyənləşdirməli.Bununla yanaşı, mövzu üzrə ədəbiyyatı seçməli, materialları araşdırmalı və bundan sonra onu müəyyən ardıcıllıqla sərgi üçün ayrılmış vitrinlərdə əks etdirməlidir.
Kitabxanaçılara məsləhət görürük ki, 2 Fevral Gənclər Günü ilə əlaqədar olan materialları mövzu şəklində hazırlayıb oxucuların istifadəsinə versinlər.

Ağsu rayon MKS-nin Metodika və biblioqrafiya
Şöbəsinin metodisti: L.Əfəndiyeva.


21 Fevral-Beynəlxalq Ana Dili günüdür.
(Metodiki vəsait).

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur. Həmin gün 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO tərəfindən Beynəlxalq Ana Dili günü elan edilmişdir.
Dil real və mücərrəd irsin qorunması və inkişaf etdirilməsi üçün ən mükəmməl bir alətdir. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkcə çoxcildliliyin tədrisi deyil, həmçinin dilçilik və mədəni ənənələr haqda biliklərin artması, qarşılıqlı anlayış, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır.
Millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.Bu məqam millətin millət olaraq təsdiqidir.Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur.Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.
Bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına, onun mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərdiyinə görə ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq.Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir.Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Ana dilimizi qorumaq, inkişaf etdirmək hamımızın müqəddəs borcudur.

Keçiriləcək tədbirlər.
21 Fevral Beynəlxalq Ana Dili günü ilə əlaqədar MKS-də və onun filiallarında bir sıra tədbirlər keçirilməlidir.Dillə bağlı kitabxanalarda təşkil edilən bütün tədbirlər oxucuların dilimizə olan məhəbbət hisslərinin formalaşdırılması prosesinin imkan dairəsini daha da artırır.Bu tədbirlər zamanı kitabxanaçılar söhbətlərin ideya istiqamətli olmasına, proqramın estetik cəhətdən düzgün tərtibinə nail olmağa çalışmalıdırlar.Ana dilimizin saflığından, zənginliyindən söhbət açaraq, şair və yazıçılarımızın, elm xadimlərimizin əsərlərindən nümunələr, parçalar seçilməlidir.Nümunə üçün bəzi sitatlar veririk:
1. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz”.
Heydər Əliyev.

2. “Hər bir azərbaycanlı vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini
mükəmməl bilməlidir”.
Heydər Əliyev.


3. “Ana dili ! Nə qədər zərif və nə qədər ali ürək hissləri oyandıran bir kəlmə !
Nə qədər möhtəşəm, müqəddəs, nə qədər uca bir qüllə ! ”

Nəriman Nərimanov.

21 Fevral Beynəlxalq Ana Dili günü ilə əlaqədar kitab sərgisi tərtib edilməlidir. “Dilimiz-milli varlığımızdır”, “Dilimiz-mənliyimiz”, “Ana dili-milli sərvətimizdir”, “Dilin söz işığı” və s. adlı sərgilər məqsədəuyğundur.


Ağsu rayon MKS-nin Metodika və biblioqrafiya
Şöbəsinin metodisti: L.Əfəndiyeva.

Faylı yüklə