Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Qanunlar, Sərəncamlar, Fərmanlar
Prezident akademik Zərifə Əliyeva ilə bağlı sərəncam imzaladı
10 Aprel , 2018
Prezident İlham Əliyev akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, 2013-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 90 illiyi tamam olur.
Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirilməsi tapşırılıb.
Faylı yüklə