Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Qanunlar, Sərəncamlar, Fərmanlar
Xəlil Rza Ulutürkün xatirəsinin əbədiləşdirilməsi haqqında
18 Sentyabr , 2017
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI


Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün (Xəlil Rza oğlu Xəlilovun) xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:
1. Bakı şəhər İcra Hakimiyyəti şəhərin küçələrindən birinə Xəlil Rza Ulutürkün adının verilməsini, yaşadığı binaya onun və oğlu-Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin xatirə lövhəsinin vurulmasını təmin etsin.
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Pedaqoji Universitetinin tələbələri üçün Xəlil Rza Ulutürk adına təqaüd təsis etsin.
3. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə Xəlil Rza Ulutürkün "Seçilmiş əsərləri"nin hazırlanıb nəşr olunmasını təmin etsin.
4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yazıçılar Birliyi ilə birlikdə Xəlil Rza Ulutürkün xatirə gecəsini keçirsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Faylı yüklə