Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Qanunlar, Sərəncamlar, Fərmanlar
Prezident Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
17 Dekabr , 2017
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilib ki, 2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi tamam olur. “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür.
Sərəncamla Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Faylı yüklə