Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Qanunlar, Sərəncamlar, Fərmanlar
Azərbaycan prezidenti İlham Əliyev Elçin Əfəndiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
11 Dekabr , 2018
E. Əfəndiyev Azərbaycan Respublikasında müasir ədəbiyyatşünaslığın və ədəbi tənqidin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə təltif edilib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin 110 illik yubileyi qeyd olunub. Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev xalq yazıçısı Elçinin yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, Elçin Əfəndiyev müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, həm də görkəmli ictimai xadimidir. O, 60-cı illər ədəbi nəslinin ən parlaq nümayəndələrindən biridir. “Min gecədən biri” adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxan yazıçının əsərləri dünyanın müxtəlif dillərində işıq üzü görüb və kitablarının ümumi tirajı 5 milyondan çoxdur. Yazıçının “Mahmud və Məryəm”, ”Ağ dəvə”,”Ölüm hökmü” və digər çoxsaylı povest və hekayələri müəllifə böyük şöhrət qazandırıb. “Arılar arasında”, “1937-ci il”, “Sənətkarın taleyi”, “Qatil”, “Şekspir”, “Mənim sevimli dəlim” əsərləri XXI əsr dramaturgiyamızın nadir nümunələrindəndir”. Tədbirdə Xalq yazıçısı Anar təxminən 50 illik sənət dostu Elçinlə bağlı xatirələrini bölüşüb, Elçin yaradıcılığını Azərbaycan xalqının mənəvi sərvəti kimi qiymətləndirib. Mərasimdə filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə Elçinin ədəbiyyatımızdakı yeri və rolundan danışıb. Bildirib ki, görkəmli yazıçı və dramaturq olmaqla yanaşı, o, həm də tanınmış tənqidçi və ədəbiyyatşünas alimdir. Yubilyar deyib ki, onun üçün müstəqil Azərbaycanın ali mükafatlarını almaq son dərəcə şərəfli bir hadisədir. 10 il bundan əvvəl, 60 yaşı tamam olarkən ümummilli lider Heydər Əliyevin Fərmanı ilə “İstiqlal” ordeninə layiq görülüb. Bu günlərdə isə Prezident İlham Əliyev Xalq yazıçısını Azərbaycan Respublikasının digər ali mükafatı - “Şərəf” ordeni ilə təltif edib. Sonra ədibin eyniadlı əsəri əsasında hazırlanan “Sənətkarın taleyi” tamaşası nümayiş etdirildi. Səhnə əsəri böyük maraqla qarşılanıb.
Faylı yüklə