Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Metodiki vəsaitlər
Baba Vəziroğlu - 65. (Metodiki vəsait).
8 Yanvar , 2019
Baba Vəziroğlu - 65.
(Metodiki vəsait).
Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) 1954-cü il yanvar ayının 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra “Pravda” kolxozunda işləmiş, oradan 1971-1972- ci illərdə ADU-nun (indiki BDU) hazırlıq fakültəsinə göndərilmişdir.1972-1977-ci illərdə universitetin jurnalistika fakültəsində təhsil almışdır.Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, 1979-cu ildə Azərbaycan Yazıçılar İttifaqında Bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı, 1979-1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləmişdir. “Molla Nəsrəddin” jurnalının baş redaktoru olmuşdur.1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilmişdir. Ədəbi fəaliyyətə 1976-cı ildə “Ulduz” jurnalında çap etdirdiyi “Bir yaz axşamı”, “Mağazinçi Dadaş” hekayələri ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış etmişdir. Klassik rus şairlərindən tərcümələr etmişdir.Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.1982-ci ildə Sovet nümayəndə heyətinin tərkibində Bolqarıstanda tərcüməçilərin beynəlxalq müşavirəsində iştirak etmiş, 1983-cü ildə İ.Karacalenin “İtirilmiş məktub” dram əsərini Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə etdiyinə görə SSRİ Mədəniyyət Nazirliyi və Ümumrusiya Teatr Cəmiyyətinin diplomuna layiq görülmüşdür.1984-cü ildə Yazıçılar İttifaqının dəvəti ilə Almaniya Demokratik Respublikasında yaradıcılıq ezamiyyətində olmuşdur.1984-cü ildə gənc yazıçıların Moskvada keçirilən VIII Ümumittifaq müşavirəsində nümayəndə heyətinin üzvü kimi iştirak etmişdir.1985-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun nəşr şöbəsini qiyabi bitirmişdir.1993-1994-cü illərdə “Yurd” jurnalının məsul katibi işləmiş, 1994-cü ildən “İstedad” jurnalının baş redaktoru müavini olmuşdur.1997-1998-ci illərdə “Mir” Dövlətlərarası Teleradio Şirkətində redaktor, 1998-2002-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında baş redaktor olmuş 2002-ci ildən isə idarə heyətinin katibidir. “Səhər qatarı”, “Yaddan çıxan görüş”, “Ocaq”, “Yol”, “Dünya dəyməz göz yaşına” kimi kitabları ədəbiyyatımıza dəyərli töhfə olmuşdur. Bir çox şeirlərinə mahnı bəstələnmişdir. Uzun illər televiziya verilişi aparıcısı kimi çalışmış, “Həsən Seyidbəyli”, “Yeri boş qalan adam” (Rəşid Behbudov haqqında), “Sənsiz və ya ömrün son axşamı” (Həsən Turabov haqqında), “Haradan başlanır vətən”, “Elegiya” (Zərifə Əliyeva haqqında), “Beş nəğməlik ömür” (Oqtay Kazımov haqqında) və s. sənədli filmlərin ssenari müəllifi olmuşdur. Baba Vəziroğlu 1988-ci ildə “Respublika komsomolu” mükafatı laureatı olmuş, 2000-ci ildə “Humay” mükafatına, 2005-ci ildə isə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.
Faylı yüklə