Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Metodiki vəsaitlər
İlyas Əfəndiyеv -105. (Metodiki vəsait).
22 May , 2019
İlyas Əfəndiyеv -105.
(Metodiki vəsait).
İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-da Azərbaycanın Füzuli rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1930-1933-cü illərdə şəhər məktəbində və II dərəcəli partiya məktəbində dil və ədəbiyyat fənlərini tədris etmişdir. 1934 -1938-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda coğrafiya şöbəsində qiyabi təhsil almışdır.O, 1938-1940-cı illərdə “Yeni yol”, “Kommunist” qəzetlərinin redaksiyalarında ədəbi işçi, 1940-1941- ci illərdə “Ədəbiyyat qəzeti” redaksiyasında Tənqid şöbəsinin müdiri, 1941-1947-ci illərdə Azərbaycan Radio Komitəsində Ədəbiyyat şöbəsinin müdiri, 1944 - 1945-ci illərdə Bakı Kinostudiyasında Ssenari şöbəsinin rəisi, 1946-1947-ci illərdə “İnqilab və mədəniyyət” jurnalı redaksiyasında Nəsr şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1940-cı ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. 1952- 1958-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi, 1958- 1961-ci illərdə məsul katib kimi çalışmışdır. Yazıçı ədəbi fəaliyyətə 1939-cu ildən başlamışdır. İ.Əfəndiyevin “Berlində bir gecə” adlı ilk hekayəsi 1939-cu ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuşdur. “Söyüdlü arx” (1958), “Körpüsa- lanlar” (1960), “Dağlar arxasında üç dost” (1963), “Sarıköynəklə Valehin nağılı” (1978), “Geriyə baxma, qoca” (1980), “Üçatılan” (1981) kimi romanları, bir çox digər povest və hekayələri Azərbaycan və rus dillərində dəfələrlə Bakıda nəşr edilmişdir. Eyni zamanda, əsərləri keçmiş SSRİ xalqlarının dillərinə, ingilis, fransız, alman, çex, slovak, bolqar, macar və başqa dillərə tərcümə olunmuşdur. Onun “İşıqlı yollarla” (1947), “Ba- har suları” (1948), “Atayevlər ailəsi” (1954), “Sən həmişə mənimləsən” (1964), “Unuda bilmirəm” (1968), “Məhv olmuş gündəliklər” (1969), “Mənim günahım” (1970), “Mahnı dağlarda qaldı” (1971), “Xurşudbanu Natəvan” (1981), “Büllur sarayda” (1983), “Şeyx Məhəmməd Xiyaba- ni” (1986), “Bizim qəribə taleyimiz” (1988) və başqa pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, eləcə də respublikanın digər teatr səhnələrində tamaşaya qoyulmuşdur. İ.Əfəndiyev 1960-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüş, 1972-ci ildə Dövlət mükafatı laureatı olmuşdur. 1974-cü ildə Azərbaycanın “Xalq yazıçısı” fəxri adına layiq görülmüşdür. 1949-cu ildə “Şərəf” nişanı, 1971-ci ildə “Qırmızı Əmək Bayrağı”, 1974-cü ildə “Oktyabr inqilabı”, 1994-cü ildə “Şöhrət” ordenləri və bir çox medallarla təltif olunmuşdur. İlyas Əfəndiyev 1996-cı il oktyabr ayının 3-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Faylı yüklə