Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Görkəmli şəxsiyyətlər
30 Mart , 2015

Onun lirik havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədi olaraq yaşayır. “Kəndimiz”, “Maral”, “Telli sazım”, “Nə bağ bildi , nə də bağban”, “Şirvan şikəstəsi”, “Döymə Kərəm”, “Bakı”, “Bala nərgiz” havalarını yəqin ki, sazsevərlər ömür boyu unutmayacaqlar. O, mugam sənətinin də mahir bilicisi və bənzərsiz ifaçısı olmuşdur.
Aşıq Şakir aşıq sənətinə yeni nəfəs gətirmişdi. O, məlahətli səsi, təkrarolunmaz ifası ilə bu gün də ehtiramla xatırlanır.
Jurnalist Tofiq Abdullayevin qələmə aldığı "Aşıq Şakir" kitabında mərhum sənətkarın həyat və yaradıcılığından, ifaçılıq xüsusiyyətlərindən ətraflı bəhs olunur. Kitabda respublikamızın tanınmış elm və sənət adamlarının sənətkar haqqında xatirələri öz əksini tapıb.
Aşıq Şakir bir çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
1947-ci ildən aşıqlıq edən Aşıq Şakir 1978-ci ildə vəfat edib.
Aşıq Şakir Hacıyev məşhur el aşığı, Aşıq Bilal məktəbinin yetirməsi və Şirvan aşıq məktəbinin ən tanınmış nümayəndələrindən biri olmuşdur.