Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Görkəmli şəxsiyyətlər
30 Mart , 2015

Şamaxı ədəbi mühiti – "Beytüs-səfa" və mesenant Mahmud Ağa Əhməd Ağa oğlunıın musiqi-şeir məclisi onu sənət dünyasına bağlamışdır. Mahmud Ağa məclisində Əngəxaranlı Aşıq İbrahimlə tanışlığı onun uşaqlıqdan qəlbini ovsunlayan aşıq sənətinə məhəbbətini coşdurmuşdur. Ustadının məsləhəti ilə o, muğamlarımızın sirlərini "Şirvan bülbülü" Mirzə Məhəmmədhəsəndən mükəmməl şəkildə mənimsəyib, el məclislərinə ayaq açır. Azərbaycan Aşıqlarının I qurultayının iştirakçısı olan Aşıq Bilal Rəsulzadə, Ü.Hacıbəyov, C.Qaryağdıoğlu, S.Şuşinski, Q.Pirimov, Asıq Sənəm, Aşıq Mirzə, Aşıq Əsəd, Aşıq İslam, Aşıq Məhəmməd və başqaları ilə dost olmuşdur. O, qırx ilə yaxın Şirvanda bu sənəti yaşatmış və onlarla şagird yetişdirmişdir. Şirvanlı Aşıq Mirzə Bilal 1937-ci il iyun ayının 17-də həbs edilmişdir. Həmin ilin noyabr ayının 26-da "xalq düşməni" adı altında güllələnmişdir. "Pristavın əlindən" adlı şerinə görə 1917-ci ildə onu Çar hökuməti həbsxanaya salır. 1928-ci ildə Bakıda Azərbaycan aşıqlarının birinci qurultayının nümayəndəsi olmuşdur. 1937-ci ildə üzərinə qara kölgə salınan günahsızlardan biri də el aşığı Aşıq Bilal oldu. 1937-ci il noyabrın 26-dan 27-nə keçən gecə güllələnmişdir. Azərbaycan Respublikası prokurorluğunun 28 oktyabr 1993-cü il tarixli qərarı ilə Bilal Mustafa oğlu bəraət almışdır.