Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
20 Noyabr , 2015

Ana abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanı tariximiz, mədəniyyətimiz, ictimai fikrimiz, sözümüz və epos yaradıcılığımız haqqında zəngin bir xəzinədir. Əsrlərdir bu xəzinənin inciləri insanların ruhi aləmini bəzəyir. Türk dastanları sırasında xüsusi yeri olan "Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin tamam olması ilə əlıaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 fevral 2015-ci il tarixli Sərəncamı milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.20 Noyabr 2015-ci il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasının və Mədəniyyət Mərkəzinin təşkil etdiyi dəyirmi masa məhz bu mövzuya həsr olunmuşdu. Çıxış edən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Cəbrayıl Bədəlov vurğuladı ki, "Kitabi-Dədə Qorqud" irsinin daha geniş şəkildə tanıdılmasında, bu eposun dərindən öyrənilməsində ümummilli lider Heydər Əliyevin rolu böyük olub. Onun tapşırığı ilə 1975-ci ildə "Dədə Qorqud" bədii filmi çəkilib. 1997-ci ildə isə dastanın 1300 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. Prezident İlham Əliyev də bu ənənəni davam etdirir. Dövlət başçısı tərəfindən "Dədə Qorqud" heykəli və "Dədə Qorqud" dünyası tarixi etnoqrafik kompleksinin yaradılması haqqında sərəncam imzalanıb, paytaxtın mərkəzində "Dədə Qorqud" parkı salınıb. Şair Mətləb Məmmədov"Dədə Qorqud" dastanlarının dili”,Aşıq Məhəmməd “Dədə Qorqud “ boylarında aşıq sənəti”.,tarix müəllimi Sənan Nemətov"Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir”, Samir Kərimli "Kitabi-Dədə Qorqud" dastanında vətənpərvərlik və qəhrəmanlıq motivləri” və sairə mövzularda çıxış etdilər.Çıxış edənlər vurğuladılar ki,bu dastan türk təfəkkürünün dünyaya bəxş etdiyi unikal ədəbi abidədir.
Tədbirin sonunda “Dədə Qorqud” kino filmindən fraqmentlərə baxış keçirildi.