Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
22 Dekabr , 2015

Ağsu Rayon Mərkəzi Kitabxanada Xalq Şairi Osman Sarıvəllinin anadan olmasının 110 illik yubileyi münasibətilə tədbir keçirilib.
Rayon ziyalıları və  fəal oxucularının iştirak etdiyi tədbirdə şairin zəngin yaradıcılığından, bədii irsindən danışılıb. Tədbirin açılışında kitabxananın direktoru Cəbrayıl Bədəlov bildirib ki, şairin yaradıcılığı bu gün gənc ədəbiyyatşünas alimlərin tədqiqat mənbəyinə çevrilib. Onun haqqında neçə-neçə  kitablar işıq üzü görüb və bu ənənə hazırda davam etdirilir.                                                                                                                                        Kitabxanaçı Ağaməmmədova Kifayət  öz nitqində qeyd edib ki, Azərbaycan Musabəyli kənd kitabxanaçısı İslamova Nuriyyə çıxışı zamanı qeyd edib ki, poeziyamızın   inkişafında  özünəməxsus  xidmətləri olan Xalq Şairi Osman Sarıvəlli şeirlərinin hansı formada  yazılmasından asılı olmadan öz orijinallığı ilə başqalarından seçilir.  Tədbir  iştirakçılarından  Musabəyli kənd kitabxanaçısı İslamova Nuriyyə çıxış edərək, Osman Sarıvəlli yaradıcılığından və onun Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışıb.                                                                                                                    Çıxış edənlərdən Mədəniyyət  evinin metodisti  Osmanov Pərviz  vurğulayıb  ki, müasir poeziyamızın görkəmli nümayəndələrindən elə bir şair təsəvvürə gətirmək olmur ki, Osman Sarıvəlli haqqında bir-birindən gözəl məqalələr yazmamış, ona şeir həsr etməmiş olsun. Böyük Səməd Vurğun deyirdi ki: “Bu, Osmanın nərəsidir, Yurdumuzun öz səsidir!” Təkcə bu beyt çox böyük mənəvi dəyərlərdən xəbər verir. Tədbir iştirakçıları və digər çıxış edənlər şairə böyük ümumxalq məhəbbətdən söhbət açmışlar.                                                                                                                        Sonda məktəblilər şairin şeirlərindən parçalar söyləyiblər.