Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
12 Dekabr , 2016

Gərgin əməkdən sonra işdən yorğun qayıdırdan. Bir xoş mahnı, maraqlı bir tamaşa ücün ehtiyac duyursan. Asudə vaxtını mənalı kecirmək istəyirsən ,elə deyilmi?!Muasir insanın mənəvi və estetik tərbiyəsini təkmilləşdirmək,dünya baxışını daha da inkişaf etdirmək işində mədəniyyət evlərinin, klub, və kitabxanaların rolu böyükdür.Mədəni-marif oçaqlarında ədəbiyyat və incəsənət əsərləri ətraflı təbliğ edilməli, eyni zaman-da həvəskarların ifacılıq və yaradıçılıği bacarığı daha da inkişaf etdirilməlidir. Bu baxımdan rayon mədəniyyət evinin üzərinə böyük vəzifələr düşür.Son vaxtlar mədəniyyət evinin konsert birqadası rayonun Lenin adına,S.Vurğun adına,Nizami adına,M.B.Qasımov adına,Telman adına, “Moskva” və “Komsomol” kolxozlarının əməkciləri qarşısında maraqlı repertuarla konsert vermişlər. Şəhər 1,2,3 nömrəli internat orta məktəblərinin şagirdləri də kollektiv surətdə mədəniyyət evinin xalq istedadları ilə görüşmüş, maraqlı proqramla hazırlanmış konsertlərə baxmışlar. İndi rayon mədəniyyət evinin 100 nəfərə qədər həvəskar üzvü vardır. Onlar, tar, qarmon, dram, bədii  özfəaliyyət dərnəklərində həvəslə iştirak edirlər. Bədi özfəaliyyəət kollektivlərinin işini yaxşılaşdırmaqla mədəni- maarif  işcilərinin üzərinə daha böyük vəzifələr düşür. Mədəniyyət evində fəaliyyət göstərən “Qöncə”xalaq xalq calğı alətləri ansanbılının tərkibi ildən- ilə dəyişsə də, öz ənənəsini saxlamışdı. Əvvələr üc- dörd nəfərlə cıxış edən kollektiv artıq sənət baxımından püxtələşmiş və öz repertuarlarını zənginləşdirilmişdir. İndi kollektivin tərkibində musiqi savadı olan müəllimlər, həvəskar gənçlər cıxış edirlər. Son iki ayda kecirlən konsertlər göstərir ki, kollektiv daha böyük işlər görə bilər. Ansambılın üzvlərindən Həsənağa Babayev ( müğənni), Telman Nəcəfov ( qarmoncalan), Şuriyə Məlikov ( klarnetcalan), Qəhrəman Cavadov( Kitaracalan), Mütəlim Məliko( tarzən) artıq bir sənətkar kimi püxtələşmişlər. Kollektivə gənc istedadlar da dəvət edilmişlər. Əli Allahverdiyev, Səyyarə Dadaşova, Rəsmiyyə Qəniyeva, Muxtar Binyətov və başqalarının cıxışları dinləyiçiləri razı salır. Lakin onu da qeyid etmək, yerinə düşər ki, təkçə ansanbılla kifayətlənmək olmaz. Rayon əməkçilərinə teatr da lazımdır. Mədəniyyət evində yeni ildən fəaliyyətə başlamış dram dərnəyinin işi müvəffəqiyyətlidir. Dərnəyin 20 nəfər üzvü var. Az vaxt ərzində həvəskar aktyorlar Ş.Qurbanovun “Özümüz bilərik”, S. Rəhmanin “Əliqulu evlənir “komediyalarından səhnələr hazırlayaraq, tamaşacılara təqdim etmişlər. Sevindiriçi haldır ki, yeni istedadlar üzə çıxmışdır. Sərvər Quliyev, İlqar Balayev, Telman Nəçəfov və başqalarının ilk uğurları sevindiriçidir.Burada bir sual meydana cıxır. Bu kövrək sənər cığırlarını böyük yola qovuşdurmağın vaxtı çatmayıbmı?!Qonşu rayonlarda necə illərdir ki, “Xalq teatrı” fəaliyyət göstərdiyi halda, bizim rayonda bu iş niyə kölgədə qalsın?! Axı bu sahədə öz istedadı ilə nəinki respublikamızda, onun hüdüdlarından uzaqlarda da şöhrət qazanmış həmyerlilərimiz, Azərbayçan SSRİ xalq artisdi, Lenin komsomolu  mukafatı laureatı Rasim Balayev, əməkdar artist Səməndər Rzayev, Azərbaycan Dövlət daram teatrının aktyoru Elşad Zeynalov, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Əlbaba Nuəliyev, “Azərbaycanfilm” kinostudiyasının aktyoru Şucaət Həbibov və hazırda M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnistitunda təhsil alan necə-necə gənc öz ilk kövrək sənət adımlarını burada rayon mədəniyyət evinin səhnəsində atmayıblarmı?! Hazırda rayon mədəniyyət evinin direktoru, həmyerlimiz İsabala Məmmədov da doğma rayonumuza bu nəcib arzu ilə gəlib.Rayonumuzun mədəniyyət müəssələri  nəzdində xeyli bədi özfəaliyyət kollektivi fəaliyyət göstərir.İlk vaxtlar bu kollektivlər arasında aşıq sənətinə maraq daha cox olmuşdur. Elə bunun nətiçəsidir ki, hazırda rayonumuzda püxtələşmiş, professianallıq dərəcəsinə qədər yüksəlmiş aşıqlarımız vardır. Mədəniyyət evində bir ildir ki “Aşıqlar ansanbılı”fəaliyyət göstərir. Ansanbla aşıq Niyazi Əzizov başcılıq edir. Aşıqlardan Əzizxan Bəndəliyevin, Nurməmməd Nuriyevin və Ramiz Kərimovun cıxışlar həmişə maraqla qarşılanır. Bu ansanbılın fəaliyyətini  dahada genişləndirmək olmazmı?!Nəhayət, rayon mədəniyyət evinin köhnə darısqan binası haqqında. Etiraf edək ki, bu məsələ doğrudanda mədəniyyət  işçilərini cətin vəziyyətə qoyur. Mədəniyyət evində çəmi iki otaq vardır. Biri direktorun, o biri isə bədi rəhbərin. Hər iki otaq darısqaldır.Məcburiyyət qarşısında məşq də, qrimləmə işləri də, başqa dərnəklərin məşğələri də bu otaqda kecrilir. Mədəniyyət evinin tamaşa zalı da , səhnəsi də kiçikdir, muasir tələblərə çavab vermir.Gərgin əməkdən sonra işdən yorğun qayıdırsan. Bir xoş mahnı, maraqlı tamaşa ücün ehdiyac duyursan. Asudə vaxtını mənalı istiraht ilə kecirmək istəyirsən, elə deyilmi?! Yuxarıda dediklərimiz təkliflər həyata kecirilərsə, maraqlı tamaşaya da baxmaq olar. Xoş musiqi də dinləmək olar.

(Birlik,19 Aprel 1983- cü il, №47)