Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
25 Dekabr , 2015

Ağsu  Rayon  Mərkəzi Kitabxanasında dünya azərbaycanlılarının həmrəylik günü  münasibətilə “dəyirmi masa keçirilib.                                       Kitabxana  oxucularının  və  ziyalıların  fəal  iştirak etdikləri “dəyirmi masa” nın  açılışında Mərkəzi  Kitabxananın  uşaq  şöbəsinin  müdiri Hacıyeva  Ülkər  bu  günün  tarixindən  bəhs  edib. Vurğulayıb  ki, Dünya  Azərbaycanlılarının  Həmrəyliyi  Günü -- Azərbaycan  millətinin  birlik  şüarının  simvolik  günüdür. Bu  bayram  dünyanın 70-dən  çox  ölkəsində  yaşayan  50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.  Ağabəyli kənd kitabxanaçısı Zeynalova  Kamilə  həmrəylik  gününün  əhəmiyyətindən danışıb. Qeyd olunub ki, milli səviyyədə keçirilən bayram ulu öndər Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında  birləşdirmək  məharətini bir daha nümayiş etdirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da “Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərarı yenicə müstəqilliyini elan etmiş Azərbaycanın  çağdaş  tarixində  fundamental  sənədlərdən biridir.                                     Mədəniyyət evinin metodisti Mahmudov Elnur çıxışı zamanı qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.1997- ci ildə ABŞ-a rəsmi səfəri zamanı ümummilli  lider  Heydər Əliyev Azərbaycan diasporu qarşısındakı çıxışında qarşıda duran vəzifələrdən danışarkən demişdir: “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəlidə gedər, Azərbaycan diasporu da inkişaf edər.  Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısan”.