Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
15 Yanvar , 2016

15 Yanvar 2016-cı il tarixdə Ağsu Rayon Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə “ədəbi bədii kompozisiya” keçirilib. Tədbirin açılışında ilk öncə 20 Yanvarda vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Kitabxananın direktoru Cəbrayıl Bədəlov çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik tarixindəki mühüm rolundan söz açıb, bu qanlı terror aktına hüquqi-siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xatırladıb. Gənc şairə Şıxəliyeva Günel faciə qurbanlarından ürəkağrısı ilə söz açıb. Vurğulayıb ki, həmin vaxt qətlə yetirilənlərin içərisində uşaqlar, qadınlar, gənc və yaşlı insanlarla yanaşı, Bakıda yaşayan müxtəlif millətlərin nümayəndələri də olub. Həmin gün xalqımız misli görünməmiş bir faciə yaşayıb. Bu faciə Azərbaycan tarixinə “Qara yanvar” kimi həkk olunub.Ədəbiyyat müəllimi Maarif Şikarov,şair Mətləb Məmmədoğlu faciə ilə bağlı fikirlərini bölüşərək bildirib ki, bu qanlı gün heç vaxt nəsillərin yaddaşından silinməyəcək.Çıxış edənlər vurğulayıb ki,xalqımızın bu ağır günlərində ümummilli lider Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyində verdiyi bəyanatında qanlı hadisələri pisləmiş, buna qəti etirazını bildirmişdir.Fəal oxucu Əmrah Məmmədov Azərbaycan xalqının tarixinə qanlı yanvar kimi daxil olmuş hadisədən danışaraq, milli azadlıq yolunda canlarından keçmiş Vətən övladlarının öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını bildirdi.Sonda məktəblilərin ifasında şeirlər səsləndirilib və 20 Yanvar haqqında sənədli fiolmə baxış keçirilib.