Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
15 Yanvar , 2016

    14 yanvar 2016-cı il tarixdə Ağsu rayon Mərkəzi kitabxanasının uşaq şöbəsində 20 yanvar faciəsi ilə əlaqədar “Qanlı 20 Yanvar ” başlıqlı tədbir keçirildi.Tədbirdə 3 saylı orta məktəbin7-ci A sinif şagirdləri Məmmədov Əli,Eminova Şəhla,Hüseynova Aytac,Əfəndiyev Qoşqar və Əsədova Elnarə qanlı 20 yanvar günü ilə əlaqədar məqalələr oxuyub,şeir söylədilər.Tədbirin sonunda kitabxananın müdiri Hacıyeva Ülkər şagirdlərə vətən övladlarının qəhrəmanlığından,şəhidlərimizin mərdliyindən söhbət etdi.Sonda 20 Yanvar hadisələri haqqında sənədli film nümayiş etdirildi.