Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
19 Yanvar , 2016

Bugün  Ağsu  Rayon  Mərkəzi  Kitabxanasında  həmyerlimiz,Milli  Qəhrəman Şamil Ramazanovun 40 illik  yubileyi  ilə  əlaqədar  anma mərasimi keçirilib. Açılış zamanı  Mərkəzi Kitabxananın  Xidmət  şöbəsinin müdiri Salmanova Nazənəm qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Vətən övladları heç vaxt unudulmur, xatirələri xalqımız və dövlətimiz tərəfindən daima əziz tutulur. Həyat və döyüş yolları gəncləri-miz, eləcə də Vətən əsgərləri üçün nümunə olan Milli qəhrəmanlarımızın xatirə günlərinin, anım mərasimlərinin və yubileylərinin təşkili artıq ənənə şəklini alıb. 1 saylı məktəb-liseyin 9-cu sinif şagirdi Məmmədov Allahverən  Milli Qəhrəmanın ömür yolundan danışarkən qeyd edib ki,  Ramazanov Şamil Ağasəf oğlu 19 yanvar 1976-cı ildə Ağsu rayonunun  Rəhimli  kəndində  anadan  olub. 1993-cü ildə orta təhsilini bitirdikdən sonra bir il təsərrüfatda işləmiş və 1994-cü il martın 19-da Ağsu rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağrılmışdır. Bir neçə ay hərbi təlimdən sonra, N saylı hərbi hissəyə göndərilir. Çevikliyi, bacarığı ona əsgərlər arasında böyük hörmət qazandırır. Orduda cəmi bir il xidmət etməsinə baxmayaraq, peşəkar bir döyüşçü kimi yetişmişdi. Atəşkəs elan olunsa da, əsgərlər mütəmadi olaraq hərbi təlimlər keçir. Heç düşünmürdülər ki, onları qarşıda daha bir sınaq, daha bir qarşıdurma gözləyir. Bu, 1995-ci ilin 13-17 mart hadisələri  idi.  Milli  Ordu  dərhal  əməliyyata  başladı. O, faciəli  günlərdə  Ramazanov  Şamil  Ağasəf  oğlu da vətənə öz borcunu verməyə gəlmişdi. Güclü atışma zamanı gənc döyüşçü ağır yaralandı və aldığı bu yaradan qəhrəməncasına həlak  oldu. Azərbaycan  Resbublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ramazanov Şamil Ağasəf oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. 2 saylı orta məktəbin 7-ci sinif şagirdi  Şərifova Röya müstəqillik tariximizdə şəhid və milli qəhrəmanların  əvəzsiz  rolu  olduğunu qeyd etdi. Vurğuladı  ki, onların  keçdiyi şərəfli  ömür yolu  biz gənclər  üçün  nümunə  olmalıdır. Sonda tədbir iştirakçıları Milli Qəhrəmana həsr olunmuş kitab sərgisi ilə tanış oldular.