Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
9 Fevral , 2016
O,böyük Səməd Vurğundan sonrakı dövrün ən böyük şairlərindəndir.Şairlik N.Həsənzadənin stixiyasıdır-o,təkcə şerində,nəsrində,dramaturgiyasında və publisistikasında deyil adi məişətdə də şairdir.N.Həsənzadə müasir şairdir.Azərbaycan xalqının ictimai həyatında elə bir mühüm problem olmamışdır ki,N.Həsənzadə ona biganə qalsın.”Atabəylər”ə qədər,”Atabəylər”dən “Nəriman”a qədər,”Nəriman”dan “Bəyanat”a qədər N.Həsənzadə Azərbaycan millətinin bugünkü ovqatını nümayiş etdirir.N.Həsənzadə müstəqil Azərbaycanın şairidir.N.Həsənzadə Azərbaycan xalqının dövlətçilik duyğularını zənginləşdirən“Azərbaycan harayı”,”Bütün millətlərə”,”Salam ,Azərbaycan” və “Bəyanat” kimi nümunələrini yaratmışdır.Ona görə də bu gün hamı şairin əsərlərini sevə -sevə oxuyurlar.09 Fevral 2016-cı il tarixdə Mərkəzi kitabxanada keçirilən tədbir də Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr olunmuşdu.Tədbiri açan ədəbiyyat müəlliməsi Yeganə Cəlilova şairin yaradıçılığı haqqında ətraflı məlumat verdi.Sonra şairin əsərlərindən şerlər səsləndirildi.Tədbirin sonunda şairin həyat və yaradıcılığına həsr olunmuş video çarxa və kitab səgisinə baxış keçirildi.