Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Haqqımızda
28 İyun , 2016
Siz bizim sayta xoş gəlmisiniz. Güman edirik ki, saytımızla axıra kimi maraqlansanız çox şey əldə etmiş olarsınız. Hər şeydən əvvəl rayonumuzun tarixi, şəxsiyyətləri, tarix və mədəniyyət abidələri, rayonun ictimai və siyasi həyatı, yeni nəşrlər, rayonumuzda olan nadir kitablar haqqında müəyyən qədər bilgi əldə etmiş olarsınız. Bununla yanaşı öncə Sizə xidmət edən kitabxanalarımız haqqında məlumatı nəzərinizə çatdırmağı özümüzə borc bilirik.
Ağsu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi haqqında.
Ağsu rayon MKS-i 1979-cu il tarixdə yaranmış və hazırda 38 kitabxana filialdan ibarətdir. MKS-də 92 nəfər işçi çalışır ki, bunlardan da 1-i ali, 2-i qeyri ali,12-i orta ixtisas, 17-i qeyri orta ixtisas, 55-ı orta təhsilli, 5-i isə texniki işçilərdir. 01 Yanvar 2013-cü ilə MKS-nin 230155 nüsxə kitab fondu, 18596 nəfər oxucusu olmuşdur. Ümumi kitab fondunun 51813 nüsxəsi latın qrafikalı ədəbiyyatlardır. 2009-cu ildə MKS-nin WEB saytı yaradılmışdır. Saytımızda Elektron kitabxana və Elektron Kataloq fəaliyyət göstərir. Mərkəzi kitabxanada “Hüquq İnformasiya Mərkəzi”, Uşaq şöbəsində isə “Uşaq Hüququ İnformasiya Mərkəzi” rayon əhalisinə xidmət edir