Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
20 Yanvar Faciəsi
28 İyun , 2016
Qara Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı.
20 yanvar ile ilgili görsel sonucu
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Hərbi müdaxilə
Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən erməniləri, hətta erməni kursantları da daxil etmişdi.
Bakıya yeridilmiş qoşun kontingentinə,bəzi məlumata görə,onun sayı 70 min nəfərə çatırdı,- "doyüş tapşırığını" yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər: "Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar" ("Şit" təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından). Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və erməni kartından" məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin "dəlilləri" hətta həqiqətə yaxın olsaydı belə,Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi.Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri,Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri,hava hücumundan müdafiə qüvvələri var idi.4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.
Bütün bunlara baxmayaraq,1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu,Azərbaycan SSRI Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq,yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.
SSRİ Müdafiə Nazirliyinin,DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı.Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş,600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.
Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü.
Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular.İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular.Bir gün ərzində Bakıda 137 nəfər öldürüldü,700-dək insan yaralandı,800-dən çox adam qanunsuz həbs edildi.
Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Halbuki, Mixail Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki,Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi. "Qara Yanvar"ın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya,keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb. Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik səlnaməsi kimi pafoslu münasibətlə bərabər, bir qədər də soyuqqanlı olub, o hadisələrin gerçək mahiyyətini dünya birliyinin, çeşidli beynəlxalq təşkilatların önünə qoymaq barədə düşünməli, 20 Yanvara beynəlxalq-hüquqi qiymətin verilməsinə çalışılmalıdır.
Qara yanvar və media
SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Mətbuat susduruldu.Azərbaycan dünyadan təcrid edildi.Məhz bu faciəli anlarda uzaqlardan "Azadlıq radiosu"nun, Mirzə Xəzərin səsi Mixail Qorbaçovun informasiya blokadasını dağıtdı. [2] Şair və publisist Məlahət Ağacanqızı bu anı öz xatirələrində belə təsvir edir:"Yaxşı yadımdadır 20 yanvar gecəsi bütün yaxınlarımız bir otağa yığışmışdı. Böyük otaq adamla dolu olsa da heç kəs danışmırdı. Qadınlar səssiz ağlayırdılar, kişilər baxışları ilə yeri yarmaq istəyirdilər - yerə girmək üçün!Qardaşım radio dalğalarını həyəcanla ələk-vələk edirdi. Və radiodan Mirzə Xəzərin səsini eşidəndə, mənə elə gəldi ki, hamı nəfəsini uddu, amma hamı dirildi. 20 yanvar gecəsi - Mirzə Xəzərin səsi - möcüzə idi! Bəlkə "ah, nalədən" boğulan hava – Mirzə Xəzərin səsi ilə hıçqırırdı! Mirzə Xəzər - 20 yanvarda ölməkdə olan Azərbaycan xalqına Allahın bəxş etdiyi ilahi səsi ilə ümid verdi. Bir gündə bir əsrə bərabər iş gördü. O səs milləti məzardan çıxartdı. Dirilərə şəhid oğulları dəfn etmək üçün güc verdi." "Azadlıq"ın 20 yanvardakı ilk verilişi həm Azərbaycanda, həm də dünyanın hər yerində azərbaycanlıları və ictimaiyyəti oyatdı. Dünya azərbaycanlıları ayağa qalxdı. Etirazlar başladı. Qorbaçov öz xəlvəti Bakı qanlı "sərgüzəştini" sona çatdıra bilmədi. Bu zərbədən sarsılan qəzəbli Kreml rəhbərliyi "Azadlıq" radiosundan ABŞ hökumətinə rəsmən şikayət etdi.
"Şit" təşkilatı ekspertlərinin hesabatından
Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdur;* xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;
adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;
"Kalaşnikov" avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.
Azərbaycan xalqına qarşı soyqırım
Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Qorbaçovun və ətrafındakıların "millətçi ekstremistlər" adlandırdıqları bunlar idimi?
Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Amma görün, o vaxtkı sovet imperiyasının ideoloji ruporu olan "Pravda" qəzeti 22 yanvar tarixli nömrəsində nə yazırdı:
"Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq mühafizə orqanlarına qarşı qaldırmaqdır"...
20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 000 km²-dən 87 000 km²-ədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...
17 yanvar 1992-ci ildə Ali Sovetin Milli Şurası (1991-1992-ci illərdə qanunverici orqan funksiyasını yerinə yetirən orqan) "20 Yanvarın "Şəhidlər günü" elan olunması haqqında" qanun qəbul etdi. Qanuna əsasən, yanvarın 20-si ölkə ərazisində qeyri-iş günü elan olundu.
18 yanvar 1992-ci ildə Ali Sovetin Milli Şurasında 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı yaradılmış parlament komissiyasının (sədr akademik Mitəd Abbasov, müavin vitse-spiker Tamerlan Qarayev idi) hesabatı dinlənildi. Parlamentin qəbul etdiyi qərarda 20 Yanvar faciəsi SSRİ-nin ali hakimiyyət orqanlarının Azərbaycan xalqına və insanlığa qarşı ağır cinayəti kimi qiymətləndirildi.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi- hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi...
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
Şəhidlər Xiyabanını ile ilgili görsel sonucu
20 yanvar şəhidlərinin siyahısı:

Abbasov Sabir Rzaqulu oğlu (1965)
Abbasova Fəridə Nəriman qızı (1952)
Abdullayev Eyyub Mahmud oğlu (1967)
Abdullayev Tarıyel Hacıbala oğlu (1965)
Abdullayev Zahid Abdulla oğlu (1959)
Abduyev Tariyel Oruc oğlu (1949)
Ağahüseynov Agahəsən Yarıq oğlu (1957)
Ağahüseynov Nurəddin Aslan oğlu (1951)
Ağaverdiyev Aslan Əlikram oğlu
Allahverdiyev İlham Əjdər oğlu
Allahverdiyev Ruslan Kamal oğlu (1967)
Allahverdiyeva Fərizə Çoban qızı
Alimov Ramiz Xaris oğlu
Alməmmədov Teymur Yəhya oğlu (1972)
Atakişiyev Bəhruz Tofiq oğlu (1961)
Atakişiyev Şakir Xandaş oğlu
Babayev Fuad Yavər oğlu (1967)
Babayev Rəhim Vaqif oğlu
Babayeva Surəyya Lətif qızı (1913)
Bağırov Baloğlan Həbib oğlu
Bağırov Telman Malik oğlu (1960)
Baxşəliyev Elçin Mirzə oğlu (1965)
Baxşıyev Salman Babaxan oğlu (1949)
Balahüseyn Mirqəzəb oğlu (1929)
Bayramov Sahil Isabala oğlu
Besantina Vera Lvovna (1973)
Bədəlov Rövşən Seyfulla oğlu (1965)
Boqdanov Valeri Zakir oğlu (1958)
Bünyadzadə Ülvi Yusif oğlu (1969)
Eminov Vəfadar Osman oğlu (1966)
Əbülfət Mircamal Mirsaleh oğlu (1958)
Əbülhəsənov Ilqar Yusif oğlu (1967)
Əzizov Habil Kommunar oğlu (1968)
Ələkbərov Azər Nəsib oğlu
Ələskərov Zaur Rasim oğlu (1969)
Əliyev Bayram Mədəd oğlu (1950)
Əliyev Xəlqan Yusif oğlu (1969)
Əliyev Namiq Kamil oğlu
Əliyev Rüstəm Şahveled oğlu
Əliyev Zəbulla Xeyrulla oğlu (1946)
Əliyev Zahid Bayram oğlu
Əlizadə Faiq
Əhmədov İlqar Hümbət oğlu (1965)
Əsədullayev Asif Kamal oğlu (1954)
Əsgərov Novruz Faiq oğlu (1968)
Əşrəfov Rəhman İsmixan oğlu (1955)
Qarayev İlqar Əli oğlu(1959)
Qasımov Abbas Mammad oglu (1966)
Qasımov Yusif Ibrahim oglu (1948)
Qayıbov Ələsgər Yusif oğlu
Qeybullayev Elçin Suyəddin oğlu (1968)
Qəniyev Mirzə Rzabala oğlu (1958)
Qocamanov Əliyusif Bilal oğlu
Quluyev Səxavət Balay oğlu (1940)
Qurabov Tenghiz Məmməd oğlu (1965)
Hacıyev Mübariz Məhəmməd oğlu (1952)
Həmidov Izzət Atakişi oğlu (1930)
Həsənov Əli Xudaverdi oğlu
Həsənov Mehman Ibrahim oğlu (1964)
Həsənov Müzəffər Qəzənfər oğlu (1939)
Həsənov Sahib Nəsib oğlu (1949)
Həşimov Israfil Ağababa oğlu
Hüseynov Əlimardan Abil oğlu (1962)
Hüseynov Nəriman Vəli oğlu (1975)
Hüseynov Rağib Məmməd oğlu
İbrahimov İbrahim İsmayıl oğlu (1928)
İbrahimov İlqar Rəşid oğlu (1976)
İbrahimov Şöhrət Söhrab oğlu (1965)
İmanov Elçin Beydulla oğlu (1967)
İsayev Müşfiq Ağa Əli oğlu (1968)
İsayev Fəxrəddin Xudu oğlu (1966)
İsayev Rauf Sultanməcid oğlu
İsmayılov Cavad Yunis oğlu
İsmayılov Məmmədəli Novruz oğlu (1946)
İsmayılov Rəşid İslam oğlu
İsmayılov Tofiq Babaxan oğlu (1956)
İsmayılov Yusif Talat oğlu (1958)
İsrailov Ağanəzər Araz oğlu (1960)
Cəfərov Əbülfəz Böyükağa oğlu (1964)
Cavanşirov Ilkin Zülqədər oğlu (1933)
Kazımov Əflatun Həşim oğlu (1958)
Kərimov Aleksandr Ramazan oğlu (1970)
Kərimov İlqar İsa oğlu (1962)
Kərimov Oqtay Eyvaz oğlu (1964)
Kərimov Sehran Ağakərim oğlu (1961)
Xanməmmədov Cəbrayıl Hüseynxan oğlu (1939)
Xanmədov Baba Məhəmməd oğlu (1939)
Xaritonov Vladimir Aleksandroviç (1949)
Məmmədov Eldar Zeynal oğlu
Məmmədov İbrahim Behbud oğlu (1961)
Məmmədov İlham İslam oğlu (1951)
Məmmədov Məmməd Yarməmməd oğlu (1959)
Məmmədov Mehman Ağasəf oğlu (1957)
Məmmədov Mirkamal Seyidqurban oğlu (1955)
Məmmədov Mobil Bəşir oğlu (1937)
Məmmədov Rəhim Vəliağa oğlu (1969)
Məmmədov Səxavət Heydər oğlu
Məmmədov Şahin Zahid oğlu (1972)
Məmmədov Vaqif Məmməd oğlu (1960)
Məmmədov Vidadi Üzeyir oğlu (1949)
Məmmədova Larisa Fərman qızı (1976)
Məmmədova Svetlana (1939)
Marxevka Aleksandr
Meyerovich Yan (1955)
Mirzəyev Azad Əliheydər oğlu (1961)
Mirzəyev Elçin Hüseynqulu oğlu (1961)
Mirzəyev Vaqif Səməd oğlu (1959)
Mövludov Fuad Fərhad oğlu (1968)
Muxtarov Rasim Mustafa oğlu
Muradov Mehman Əsəd oğlu (1961)
Mürsəgülov İsmayıl Həsən oğlu (1939)
Mustafayev Mahir Vaqif oğlu (1968)
Nəsibov Allahyar İskəndər oğlu
Nəsirov Yanvar Şirəli oğlu (1957)
Nikolayenko Alla Alekseyevna (1972)
Nişenko Andrey Alekseyeviç (1972)
Orucov Şəmsəddin Əbülhəsən oğlu
Poladi Saleh Əliqulu oglu (1968)
Rəhmanov İslam Oqtay oğlu (1968)
Rüstəmov Rövşən Məmməd oğlu
Rzayev Azad Allahverdi oğlu
Sadıqov Yusif Allahverdi oğlu (1964)
Səfərov Bafadar Ağamirzə oğlu (1923)
Salahov Şərafəddin Müzəffər oğlu (1963)
Semyonov Aleksandr Vladimiroviç (1947)
Şərifov Mürvət Rəhim oğlu (1932)
Süleymanov Əli Yusif oğlu (1956)
Tokarev Vladimir İvanoviç (1953)
Tuktamişev Fərqat Şərifulla oğlu (1958)
Yaqubov Nüsrət İsmayıl oğlu (1958)
Yefimov Boris Vasilyeviç (1945)
Yusupov Oleq Kərim oğlu
Zülalov İsbəndiyar Adil oğlu (1963)