Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Görkəmli şəxsiyyətlər
15 Sentyabr , 2016
Sərvər Şahbəyli — Azərbaycan aktyoru, ssenaristi.
Sərvər Şahbəyli 15 aprel 1962-ci ildə Ağsu şəhərində anadan olub. 1979-cu ildə Ağsuda 1 saylı orta məktəbi, 1984-ci ildə Bakıda Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuşdur. 1987-ci ildə 3-cü kursda oxuyarkən, Bakı Meydan Teatrında aktyor kimi fəaliyyət göstərib. 1988-ci ildə institutu bitirib Dövlət Filarmoniyasında aparıcı-artist (konfransye) vəzifəsində çalışmışdır. 1989-cu ildə Dövlət Gənclər teatrının yaranmasında yaxından iştirak etmişdir. 2005-ci ilə qədər müəyyən fasilələrlə həmin teatrda fəaliyyət göstərmişdir.1991-ci ildə İstiqlal teatrının da yaranmasında yaxından iştirak etmiş, həmin teatrda bir il fəaliyyət göstərmişdir.Orta məktəb illərindən poeziyaya-ədəbiyyata maraq göstərmiş, elə o illərdə Ağsu "Birlik" qəzetində şeirləri çap olunmuşdur. 1987-ci ildən şeirlərinə yazılan mahnılar efirdə səslənməyə başlamışdır. Şeirləri bir neçə almanaxda çap olunub, 2006-cı ildə isə "Bu yol hara gedir belə? kitabı çapdan çıxmışdır. 2014-cü ildə kitabın eyni adlı audio versiyası öz ifası ilə dinləyicilərə təqdim olunmuşdur.