Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Görkəmli şəxsiyyətlər
15 Sentyabr , 2016
Fikrət Kamal oğlu İsayev — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru.
Fikrət İsayev 1935-ci ildə Ağsu rayonunun Dilman kəndində anadan olmuşdur. M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumunu və N.Tusi adına ADPU-nin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspirantı olub (1956-1959) Həmin institutda kiçik elmi işçi, baş elmi işçi işləyib (1959-1969). 1964-cü ildən həmin institutun professorudur. 1985-ci ildə Sankt-Peterburq Politexnik İnstitutu Elmi Şurasında dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb.120-dən çox elmi işin, bir neçə müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi ilə 8 nəfər namizədlik, 1 nəfər isə doktorluq dissertasiyası müdafiə edib. Hazırda Azərbaycan Tibb Universitetində işləyir.