Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Görkəmli şəxsiyyətlər
21 Sentyabr , 2016
Mahir Qocayev 1948-ci ildə Ağsu rayonunun Dilman kəndində anadan olmuşdur. 1967-1972-ci illərdə Neft və Kimya İnstitutunun axşam şöbəsində təhsil alıb. 1975-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda aspirant, baş laborant, kiçik və böyük elmi işçi, aparıcı elmi işçi, "Spektroskopiya" şöbəsinin müdir müavini olub. Dünyanın qabaqcıl elmi jurnallarında dərc olunmuş onlarla elmi məqalənin müəllifidir. Keçmiş SSRİ-də və dünyanın bir çox ölkəsində patentləşdirilmiş 50-dən çox ixtirası var. 1988-ci ildən Almaniya, Hollandiya, İsrail, İngiltərə, Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Latviya, Avstriya və Türkiyədə bir neçə şəxsi firmanın sahibidir. Fizika-riyaziyyat elmləri doktoru, akademikdir. Rus, ingilis, türk, alman dillərini bilir. 1990-cı ildə SSRİ Xalq Nailiyyətləri sərgisinin dəqiq, yüksək elmi-texnoloji cihazların hazırlanmasına görə "Qızıl medalı"na layiq görülüb. Y.Məmmədəliyev adına mükafat, xeyriyyəçi-mesenat kimi, Z.Tağıyev adına Fəxri Diplomun sahibidir. Londonda 1-ci yeri qazanmış "Nəzrin tunel" mikroskopunun muəllifidir.