Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Görkəmli şəxsiyyətlər
27 Sentyabr , 2016
1939-cu ildə Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Sumqayıt superfosfat zavodunda texnik, mühəndis, növbə rəisi, texnoloq və sex rəisi vəzifələrində işləmişdir. 1970-ci ildə Leninqrad Texnologiya İnstitutunun aspiranturasına daxil olmuş, 1974-cü ildə dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi adı almışdır. 1990-cı ildə Moskva şəhəri Mendeleyev adına Texnologiya İnstitutunun Mərkəzləşdirilmiş Elmi Şurasında doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru adı almışdır. 1968-ci ildən Azərbaycan Neft Akademiyasında assistent, dosent, professor, institututun nəzdindəki elmi-tədqiqat akademiyasının direktor müavini işləmişdir. Ümumi kimya texnologiyası sahəsində 527 səhifəlik kitabı rus dilindən tərcümə edilmişdir. Hazırda Türkiyə Respublikasında çalışır.