Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Görkəmli şəxsiyyətlər
28 Sentyabr , 2016
30 noyabr 1960-cı ildə Ağsu rayonunda anadan olub. 1986-cı ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. 1992-ci ildə Elmi-tədqiqat üzümçülük və şərabçılıq institutunun
aspiranturasına daxil olub.1996-ci ildə Kənd təsərrüfatı elmlər namizədi alimlik dərəcəsi alıb. 1997-cı ildə Biznes və Hüquq İdarəçilik İnstituutunun hüquqşünaslıq fakültəsini bitirib. 1995-2000-ci illərdə Azərbaycan Ali Məhkəmənin Xalq iclasçısı. 1995-ci ildən Azərbaycan Torpaqşunaslıq Cəmiyyətinin üzvü. 1983-1995-ci illərdə Ağsu rayonu “Pravda” sovxozunun emal müəssisəsində laboratoriya müdiri. 1986-1995-ci illərdə Ağsu Üzüm Emalı Zavodunda laboratoriya müdiri, qəbul şöbəsinin rəisi. 1995-1996-cı illərdə Ağsu rayonu “Yenilik” UİEM-də direktor müavini. 1996-1997-cı illərdə Ağsu rayonu Sabir UİEM-də direktor. 1997-2001-ci illərdə Dövlət Torpaq Komitəsində idarə rəisi. 2001-2009-cı illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində şöbə müdiri. 2009-2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Aparat Rəhbərinin müavini vəzifəsində işləmişdir. 2015-ci ilin aprel ayından etibarən Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi vəzifəsinə təyin edilmişdir. Ailəlidir. 4 övladı var.