Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Görkəmli şəxsiyyətlər
30 Sentyabr , 2016
1953-cü ildə anadan olub. 1976-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) “Mexanika-riyaziyyat” fakultəsini müvəffəqiyyətlə bitirib. 1976-1982-ci illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasında elmi işçi kimi fəaliyyət göstərib. Bu dövrdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” ixtisası üzrə aspiranturaya daxil olub və “Ştrum-Liuvil tənliyi üçün sərhəddə spektrial parametr olan dağılma nəzəriyyəsinin tərs məsələsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 1982-1990-cı illərdə Bakı Dövlət Universitetinin Hesablama Mərkəzində baş riyaziyyatçı-mühəndis vəzifəsində çalışıb. 1990-1994-cü illərdə isə Azərbaycan Texnologiyalar Universitetinin Riyaziyyat kafedrasında pedaqoji fəaliyyətini davam etdirib. 1994-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsi nəzdində İnformatika və İdarəetmə İnstitutunda əvvəlcə fakültə dekanı, sonra isə tədris işləri üzrə prorektor vəzifəsində çalışıb. 2001-2007-cı illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Bakı Elmi Tədris Mərkəzinin direktor müavini vəzifəsində çalışıb. 2007-cı ildən etibarən İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin direktor müavini, 2014-cü ilin fevral ayının 27-dən İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin direktor müavinidir. 30-dan çox elmi məqalənin, iki dərs vəsaitinin (tələbə və aspirantlar üçün), iki metodik vəsaitin müəllifidir. Həmçinin, Layihələrin İdarə Edilməsi Beynəlxalq Asossasiyssının (İPMA) “B” səviyyəli sertifikatını alıb. Ailəlidir,iki övladı var.