Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Görkəmli şəxsiyyətlər
3 Oktyabr , 2016
8 noyabr 1945-ci ildə Ağsuda anadan olmuşdur. 1963-1964-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin İqtisad fakultəsində təhsil almışdır. 1964-1967-ci illərdə Sovet Ordusu sıralarında qulluq etmişdir. 1967-1970-ci illərdə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Mühasibat uçotu və TFT” ixtisası üzrə fərqlənmə diplomu ilə qurtarmışdır. 1970-1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının iqtisadiyyatı və təşkili İnstitutunda kiçik elmi işçi işləmişdir. 1972-1975-ci illərdə həmin institutunun əyani aspirantı (“Mühasibat uçotu və audit” ixtisası üzrə) olmuşdur. 1975-1977-ci illərdə Həmin institutunun baş elmi işçisi, 1977-1981-ci illərdə həmin institutunun elmi katibi olmuşdur. 1981-1986-ci illərdə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Mühasibat uçotu” kafedrasının baş müəllimi işləmişdir.1980-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir. Həmin ildən universitetin professorudur. Beynəlxalq Auditorlar İnstitutunun üzvüdür. Eyni zamanda Respublika Auditorlar Palatasında auditorların hazırlanması və attestasiyası üzrə imtahan komissiyasının üzvüdür.1986-1987-ci illərdə ADİU-nun “Uçot-iqtisad” fakultəsinin dekan müavini, 1987-1995-ci illərdə həmin institutun “Mühasibat uçotu və audit” kafedrasının müdiri, 1995-2000-ci illərdə həmin institutun “Mühasibat uçotu və audit” kafedrasının dosenti olmuşdur. 2000-ci ildən bu günədək həmin institutun “Mühasibat uçotu və audit” kafedrasının müdiridir, professordur. Azərbaycan Respublikasının əməkdar müəllimidir. 160 elmi məqalə, tezis, proqram və müxtəlif tədris-metodik xarakterli materiallar, o cümlədən “Mühasibat (maliyyə) uçotu”, “Mühasibat (maliyyə) hesabatı”, “Auditin əsasları”, “Mühasibat uçotuna dair məsələlər məcmüəsi”, “İdarəetmə uçotu”, “Sənayedə mühasibat uçotu”, “Mühasibat uçotu”, “Xidmət sferasında mühasibat uçotu”, “Xarıcı ölkələrdə mühasibat uçotu” adlı dərsliklər və dərs vəsaitləri, “Maliyyə hesabatı: formalaşması və təkmilləşdirilməsi problemləri”, “Beynəlxalq və Milli uçot terminlərinin izahlı lüğəti” adlı monoqrafiyası işıq üzü görmüşdür. Universitetin Elmi Şurasının, Tədris-metodik Şurasının, doktorluq üzrə müdafiə Şurasının, Respublika Auditorlar Palatası Rəyasət heyətinin, “Maliyyə və uçot”, “İqtisadiyyat və audit”, “Audit”, “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnallarının redaksiya heyətlərinin, ABŞ Auditorlar institutunun üzvüdür. Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşdür. Ailəlidir, üç övladı, nəvələri var.