Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Görkəmli şəxsiyyətlər
3 Oktyabr , 2016
Ərəstun Nurəddin oğlu Cavadov 1948-ci ilin 20 oktyabrında Ağsu rayonunun Ərəbmehdibəy kəndində dünyaya göz açıb. Hələ orta məktəbdə oxuyakən çalışqanlığı və elmə böyük maraq göstərməsi ilə seçilən Ərəstun Cavadovun həyat yolu Bakı Politexnik Texnikumundan keçir. 1963-cü ildə Texnikumun "tikinti texniki" fakültəsinə daxil olur və 1968-ci ildə müvəffəqiyyətlə bitirir. Amma gənc Ərəstunun təhsil uğurları bununla yekunlaşmır. Həmin il Moskva Kooperativ İnstitunun Bakı filialının əmtəəşünaslıq fakültəsinə imtahan verir və qəbul olur. Eyni vaxtda 1970-ci ilin aprel ayına qədər "Azərgeyimticarət" bazasında əmtəəşünas işləyir. Sonrakı 2 il ərzində vətənin keşiyində duran Ərəstun Cavadov 1976-cı ildə institutu bitirib yüksək ixtisaslı əmtəəşünas diplomunu alır. Qayğıkeş millət vəkili eyni zamanda qayğıkeş bir ailə başçısıdır.