Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Görkəmli şəxsiyyətlər
4 Oktyabr , 2016
10 yanvar 1966-cı ildə Ağsu rayonunun 1-ci Qaraqaşlı kəndində anadan olub. 1983-cü ildə şəhər 2 saylı orta məktəbi bitirib. 1984-1986-cı illərdə Uzaq Şərqdə hərbi xidmətdə olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin «Jurnalistika», 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «Xarici iqtisadi əlaqələrin təşkili və dövlət tənzimlənməsi», 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət və bələdiyyə idarəetməsi» ixtisaslarını və Təhsil Nazirliyinin göndərişi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələr Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu müvəffəqiyyətlə bitirmişdir. O, müxtəlif illərdə çilingər, korrektor, müxbir, məsul katib müavini, redaktor, baş redaktor vəzifələrində çalışmışdır. 2001-ci ildən 2006-cı ilin dekabrınadək Azərbaycan Dövlət İqtisad Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Elmi-tədqiqat və tədris işləri ilə 1995-ci ildən «Marketinq və ticarət» kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışır. 2006-cı ildən 2015-ci ilədək Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini işləmişdir. 2007-ci ildən Respublika Təhsil Şurası İdarə Heyətinin üzvüdür.2015-ci ilin avqustun 26-da yenidən Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati və təşkilati məsələlər üzrə prorektoru vəzifəsinə təyin edilmişdir. Şaiq Əhəd oğlu Əsgərov 2007-ci ilin yanvarın 10-da “Elektron informasiya vasitələrində reklam bazarının marketinq tədqiqi və onun təkmilləşdirilməsi istiqamətləri” mövzusunda dissertasiya müdafiə etmiş və Ali Attestasiya Komissiyasının 10 iyul 2007-ci il tarixli 24-k saylı qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi, 9 aprel 2013-cü il tarixli 10-k saylı qərarı əsasında isə ona dosent elmi adı verilmişdir. Dissertasiya işinin mövzusu üzrə onun 16 elmi əsəri, o cümlədən 14 məqaləsi, 1 dərsliyi (1 fəsil) və 1 metodiki vəsaiti çap olunmuşdur. . Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən FD.02.052 dissertasiya şurasının üzvüdür. Şaiq Əhəd oğlu Əsgərov işlədiyi müddətdə iqtisadi biliklərin təbliği və bir sıra sosial-ictimai sahədə göstərdiyi xidmətlərə və şəxsi yaradıcılıq uğurlarına görə «Azərbaycan bayrağı» diplomuna, «Nurlu qələm ustası» mükafatına layiq görülmüş, Təhsil Nazirliyinin və AHİK-in Fəxri Fərmanları, «Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi» döş nişanı və Azərbaycan Respublikası Prezidentinin 4 fevral 2013-cü il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Evlidir, iki övladı və üç nəvəsi var.