Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Görkəmli şəxsiyyətlər
11 Oktyabr , 2016
Coğrafiya elmləri doktoru Ş.G.Həsənov 1921-ci ildə Gəgəli kəndində anadan olmuşdur. ADU-nun geoloji-coğrafiya fakültəsini bitirdikdən sonra 1953-1956-ci illərdə EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aspirantı olmuş, 1958-ci ildə Peterburq Kənd Təsərrüfatı İnstitutunun elmi şurasında namizədlik, 1972-ci ildə Bakıda doktorluq dissertasiyası müdafiə etmişdir. 1979-cu ildə ona doktorluq elmi dərəcəsi verilmişdir.
Ş.G.Həsənov 1963-1965-ci illərdə Birmada elmi ezamiyyətdə olmuş, burada torpaq ekspedisiyalarına rəhbərlik etmişdir. Onun 230-dan çox elmi məqaləsi və bir neçə kitabı çap olunmuşdur.Ş.G.Həsənov hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində işləyir.