Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Görkəmli şəxsiyyətlər
11 Oktyabr , 2016
1990-1995-ci illərdə Bakı şəhərinin Oktyabr rayonunun 62 nömrəli Oktyabr seçki dairəsindən Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının 50 üzvündən biri, Qarabağa Xalq Yardımı Komitəsi sədrinin birinci müavini. Dağlıq Qarabağda, o cümlədən Xocalıda soyqırımı hadisələrinin təfsilatını aydınlaşdırmaq üçün yaradılan deputat istintaq komissiyasının 15 üzvündən biri.
Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin birinci müavini (1992), Milli Məclisin Büdcəyə nəzarət daimi komissiyasının sədri (1992), Kənd təsərrüfatı və ərzaq nazirinin müavini (1993-1995).
Bakı Dövlət Universitetinin "Geoloji coğrafiya" və Təfəkkür Universitetinin Hüqüq fakültələrini fərqlənmə diplomları ilə bitirmişdir.
1983-cü ildə Kənd təsərrüfatı elmləri üzrə namizədlik, 2010-cu illdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Siyasi elmlər üzrə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Siyasi elmlər doktoru, Təfəkkür Universitetinin professorudur.
2005-2012-ci illər ərzində 3 monoqrafiyanın ("Heydər Əliyev və Azərbaycanın Aqrar kursu", "Siyasi sabitlik və aqrar islahatlar", "Azərbaycan Respublikasında aqrar islahatların siyasi, hüquqi və elmi əsasları"), ali məktəb tələbələri üçün 6 dərsliyin ("Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi", "Gömrük ekspertizası", "Gömrük hüququ", "Ekologiya hüququ", "Gömrük rəsmiləşdirilməsi", "Gömrük işinin təşkili və idarə edilməsi"), 7 dərs vəsaitinin ("Gömrük statistikası", "Ekoloji siyasət" (rus dilində), "İqtisadiyyat və hüquq", "Azərbaycanın Gömrük tarixi", "Gömrük etikası", "Torpaq hüququ", "Saxtalaşdırılmış tarixin sirləri (rus dilində)"), ali məktəblər üçün hazırlanan 6 tədris-metodik vəsaitin müəlliflərindəndir. Həmçinin, bu illər ərzində Azərbaycan, Türkiyə, Gürcüstan və Rusiyanın elmi jurnallarında 40 məqaləsi çap olunmuş, Azərbaycan, Rusiya və Türkiyədə keçirilən beynəlxalq elmi konfranslarda çıxışları olmuşdur.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilm