Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
İşğal olunmuş rayonlar
13 Oktyabr , 2016
Ağdam rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Hazırda inzibati mərkəzi Ağdam şəhəri də daxil olmaqla ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan rayonudur. İşğala görə Ağdamın yalnız 10 kəndi Azərbaycanın nəzarəti altındadır. İri yaşayış məntəqələri Mərzili, Seyidli, Qiyaslı, Xıdırlı və Zəngişalı kəndləridir.
İşğal olunmuşdur 1993 – cü il 23 iyul

Ərazisi 1154 km2 Əhalinin sayı 158000
Şəhid olmuşdur 538. Əlil olmuşdur 587
Milli qəhramanlar 17

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:

Sənaye və tikinti obyekti 48
Mədəni – məişət obyekti 598
Qəsəbə və kənd 122
Tarixi abidə 27
Dövlət dram teatrı
Ağdam rayonu Azərbaycan respublikasında inzibati rayondur .1930-cu ildə təşkil edilmişdir. Qarabağ silsiləsinin şimal- şərq ətəklərində , Kür - Araz ovalığının qərbindədir. Sahəsi 1094 km2, əhalisi 101.6 min nəfərdir. Rayonda 1 şəhər, 119 kənd və qəsəbə var. Mərkəzi Ağdam şəhəridir.
Ağdam rayonunun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ərazidə geniş yer tutan Qarabağ və Mil düzləri cənub- qərbdən şimal-şərqə doğru tədricən alçalır.Rayonun cənub-qərbində Qarabağ silsiləsinin şimal burnunun maksimum hündürlüyü 1365 metrə çatır. Rayonun düzənlik hissəsində Antropogen və Neogen, dağlıq hissəsində isə Təbaşir və Yura çöküntüləri yayılmışdır.Əhəngdaşı və s. tikinti materialı (sement xammalı, çınqıl, qum) yataqları var. İqlimi, əsasən mülayim isti və quraq subtropikdir.
Əhalisinin orta sıxlığı 1km2-də 92.9 nəfərdir. Ağdam şəhərində, Mərzili, Seyidli, Qiyaslı, Xıdırlı və Zəngişalı iri yaşayış məntəqələridir.
Ağdam rayonu yeni yaradılmış olan ağır,yeyinti ,yüngül sənaye və inkişaf etmiş kənd təsərrüfatı rayonudur. Rayonun kənd təsərrüfatında pambıqçılıq, üzümçülük, heyvandarlıq və taxılçılıq mühüm yer tutur.
Ağdam rayonu ərazisindən Yevlax - Laçın - Naxçıvan , Ağdərə - Füzuli magistral şose yolları keçir.
Rayonda 34 uşaq bağçası və körpələr evi var idi. 89 ümumtəhsil məktəbində (16 ibtidai, 36 səkkizillik, 37 orta) 30 086; 4 fəhlə gənclər; 1 qiyabi orta; 2 kəndli gənclər məktəbində 1201 nəfər, 4 orta ixtisas təhsili məktəbində (k.t, k.t-nın mexanikləşdirmə və elektrikləşdirilməsi texnikumları, musiqi və tibb məktəbləri ) 1269 şagird təhsil alırdı. Dram teatrı, Ölkəşünaslıq muzeyi, 71 kitabxana, 13 mədəniyyət evi, 27 klub fəaliyyət göstərirdi.
Xaçıntürbətli kəndindəki Qutlu Musa oğlu türbəsi (1314) və Kəngərli kəndindəki türbə (14 əsr ) rayonun ən qədim memarlıq abidələridir. Papravənd kəndində 18-ci əsrə aid 2 türbə , məscid və s. var.