Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
İşğal olunmuş rayonlar
13 Oktyabr , 2016
Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Cəbrayıl şəhəridir.

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna verilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır. 25 avqust 1993-cü il tarixdə rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

Hazırda rayonun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı davam edir.

Rayon əhalisi arasında ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alması ilə bağlı fikirlər var. Amma Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbəndlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir.
İşğal olunmuşdur 1993 – cü il 23 avqust

Ərazisi 1050 km2 Əhalinin sayı 52049
Şəhid olmuşdur 347. Əlil olmuşdur 172
Milli qəhramanlar 4

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:

Mədəni – məişət obyekti 197
Qəsəbə və kənd 90
Tarixi abidə 27 Azərbaycanda inzibati rayon, 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1050 km2, əhalisi 45,8 min nəfər. Rayonda 1 şəhər, 77 kənd və qəsəbə var. Mərkəzi Cəbrayıl şəhəridir.

Səthi, əsasən, maili düzənlik, şimalda alçaq dağlıqdır. Dağlıq hissədə Tabaşir, düzənlik hissədə Neogen və qismən Antropogen çöküntüləri yayılmışdır. İqlimi ərazinin cənub hissəsində yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl, şimal hissəsində yayı quraq keçən mülayim-istidir. Orta temperatur yanvarda 0-2oS, iyulda 24-25oS-dir. İllik yağıntı 400-500 mm. Çayları qısa və müvəqqəti axarlıdır; r-nun İranla sərhədindən axan Araz hövzəsinə aiddir. Dağ-şabalıdı, şabalıdı və qəhvəyi dağ meşə torpaqları yayılmışdır. Yarımsəhra, dağ-kserofil bitki örtüyü üstündür. Meşələr var. Heyvanları canavar, tülkü, süleysin, çölsiçanı və s.

Orta sıxlıq 1 km2-də 43,6 nəfərdir. İri yaşayış məntəqələri Cəbrayıl şəhəri, Böyük Mərcanlı, Soltanlı, Horovlu, Balyand kəndləridir.

İqtisadiyyatında üzümçülük, heyvandarlıq və taxılçılıq əsas yer tutur. 14 kolxoz və 7 sovxoz var. Meyvə yetişdirilir. Heyvandarlıq inkişaf etdirilir. Kökəltmə birliyi yaradılmışdır. Quşçuluq və baramaçılıqla məşğul olunur. Üzüm emalı və çörək zavodları, kənd təsərrüfatı texnikası tə_miri müəssisəsi, elektrik şəbəkəsi, xalça emalatxanası və s. var idi.

Rayonda 10 mədəniyyət evi, 49 klub, 28 kinoqurğu, 58 kitabxana var idi.

Memarlıq abidələrindən Cəbrayıl şəhərində Sultan Allahverdi hamamı, Xudayarlı kəndində dairəvi və səkkizguşəli türbələr(19 əsr), Şıxlar kəndində dairəvi türbə(14 əsr), Xudafərin körpüsü və s. mühafizə olunmuşdur.