Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
İşğal olunmuş rayonlar
17 Oktyabr , 2016
İşğal olunmuşdur 1992 - ci il 8 may
Ərazisi 289 km2 Əhalinin sayı 24900
Şəhid olmuşdur 193 Əlil olmuşdur 102
Milli qəhramanlar 5

Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur:

Sənaye və tikinti obyekti 27
Mədəni – məişət obyekti 103
Şəhər, qəsəbə və kənd 31
Tarixi abidə və muzeylər 249
Tarixi abidə 17
Şuşa qəzası

Çar hökümətinin Qafqazda 1840-cı il 10 aprel tarixli inzibati islahatına əsasən Kaspi vil-nin tərkibində yaradılmışdır. (1841, 1 yanvar). Cavanşir, Göyçay, Cavad, Cəbrayıl, Zəngəzur qəzaları qəzaları ilə həmsərhəd idi. Mərkəzi Şuşa idi. 1846 ildən Bakı, 1867 ildən isə Yelizavetpol qub.-na daxil edilmişdi. Ş.q. Mığri, Kəbirli, Zəngəzur, Cavanşir, Cələbürd, Vərəndə məntəqələrinə bölünürdü. 1867 il dekabr tarixli fərmana əsasən, Zəngəzur və Cavanşir məntəqələri Ş.q.-ndan ayrılıb müstəqil qəzalara çevrildilər. Qəzanı qəza rəisi, onun müavini, xəzinədar, məntəqə iclasçıları və şəhər polisi idarə edirdi. Qəzada məhkəmə yaradılmışdı. Sah. 4911 km2 , əhalisi 140740 nəfər olmuşdur (1897). Təsərüfatında əkinçilik, maldarlıq, ipkçilik, üzümçülük, bağçılıq əsas yer tuturdu. Toxuculuq (xalça, ip, mahud və s.) geniş yayılmışdı.

Şuşa rayonu

1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Stepanakert rayonuna (1978-ci ildən Əskəran rayonu) verilmiş, 1965-ci ildə yenidən müstəqil r-n olmuşdur. Sahəsi. 289 km2. Əhalisi 19,0 min (1987, 1 yanvar). Mərkəzi Şuşa şəhəridir. Rayonda 1 şəhər, 30 kənd və başqa yaşayış məntəqəsi var.

Təbiəti.

Səthi dağlıqdır (Qarabağ silsiləsi). Ən yüksək zirvəsi Böyük Kirs d.-dir. (2725 m). Keçəldağ aşırımı Ş.r.-ndadır. Əsasən, Yura və Tabaşir çöküntüləri yayılmışdır. Müxtəlif nov tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu, Şirlan) var. Ərazisinin əksər hissəsi qışı quraq keçən mülayim -isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta tempatur yanvarda - 4-dən -10 C-yə qədər, iyulda 16-190C-dir. İllik yağıntı 700-800 mm . Rayondan Qarqar çayı axır. Torpaqları, əsasən, qəhvəyi dağ-meşə, qonur dağ-meşə, çimli dağ-çəməndir. Ərazinin 20% -ə qədəri meşədir (fıstıq və s.). Yüksək dağlıq sahələr subalp və alp çəmənləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşəlirin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanları: ayı, canavar, tülkü, boz dovşan, cüyür və s. Quşlardan kəklik, göyərçin var.

Əhali.

Orta sıxlığı 1 km2 -də 63,3 nəfərdir. İri yaşayış məntəqələri Şuşa ş. , Malıbəyli və Daşaltı kəndləridir.

Təsərrüfat.

Rayonun iqtisadiyyatında heyvəndarlıq əsas yer tutur. 5 s-z var. Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min ha-dır (1986). Bunun 3,8 min ha-ı şum yeri, 0,1 min ha-ı çoxillik bitkilər, 0,3 min ha-ı biçənəklər, 16,7 min ha-ı otlaqlardır. Suvarılan torpaqlar 0,1 ha – dır. 3,4 min ha əkin mahəsinin 41% -ə dənli və dənli – paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6 % -ində tərəvəz-bostan bitkiləri və kartof, 53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə məşğul olunur. 5,2 min qara- mal, 15,2 min davar var (1986). Quşçuluqla məşğul olunur. Şərq musiqi alətləri f-ki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, Bakı "Radioqayırma" birliyinin 1 ¹ - li istehsalı, Qarabağ ipək kombinatının sexi, elektrik şəbəkəsi, k.t. texnikası təmiri müəssisəsi və s. var. Kurort təsərüfatı inkişaf etmişdir.Yevlax-Naxcıvan avtomobil yolu və qaz kəməri Ş. r.-ndan keçir.