Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
İşğal olunmuş rayonlar
17 Oktyabr , 2016

Ağdərə rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri; Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarına əsasən ləğv olunmuşdur

Tarixi

Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 10 sentyabr 1939-cu ilədək Cerabert1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi Ağdərə adlanıb İnzibati mərkəzi Ağdərə şəhəri olub. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonunu ləğv edilərək, ərazisi Dağlıq Qarabağa aid olmayan üç rayon — Tərtər,AğdamKəlbəcər rayonları arasında bölünmüşdür. 

Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 nömrəli Qərarına əsasən Ağdərə rayonunun Leninavan qəsəbə Soveti, Həsənqaya, Çaylı, Seysulan və Talış kənd Sovetləri, Ağdərə şəhər Sovetinin Qarmiravan və Mağavuz kənd Sovetinin Cerabert kəndləri Tərtər rayonunun tərkibinə verilmişdir

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 nömrəli Qərarına əsasən Ağdərə rayonu ləğv edilmişdir. Ləğv edilmiş Ağdərə rayonunun Xatınbəyli,QazançıManikliBaş GüneypəyəOrta GüneypəyəSırxavəndYeni QaralarKiçan kəndləri və onlara məxsus torpaq sahələri Ağdam rayonunun; ÇərəktarQozluKotavan,Yuxarı OratağQızılqayaYayıcıDəvədaşıDrmbonÇıldıranMehmanaDovşanlıHəyatBazarkəndŞahmansurluVəngliÇormanlıİmarət QərvəndZardaxaçÇaparHəsənriz,NarınclarDamğalıKolatağ kəndləri və onlara məxsus torpaq sahələri Kəlbəcər rayonunun; Ağdərə şəhəri, UmudluZəylikUlu QarabəyKiçik QarabəyAğabəyyalıÇardaqlı,LüləsazMiqrelalayAşağı OratağQasapetCanyataqDəmirliGülyataqTalışSeysulanMadaqiz kəndləri və onlara məxsus torpaq sahələri Tərtər rayonunun inzibati tərkibinə verilmişdir[2].

Erməni işğala qədər Ağdərənin 14 kəndində 14 mindən çox azərbaycanlı yaşayıb. Ağdərə rayonu Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni silahli qüvvələrinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. 1 il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir. Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verir. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçir. Onun rəhbərlik etdiyi ordu bölmələri öz mövqelərini qoyaraq Bakıya doğru hücuma qoşuldular. Bundan məharətlə istifadə edən erməni ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal etdi. Hal-hazırda keçmiş Ağdərə rayonun bir neçə kəndi Azərbaycanın nəzarətində olsa da, Ağdərə şəhəri də daxil olmaqla bir çox əraziləri ermənilərin nəzarəti altındadır.Ağdərə rayonu ləğv edildikdən sonra Tərtər rayonu inzibati ərazisinə verilən Talış,Seysulan və Madaqiz kəndləri Dağlıq Qarabağda baş verən toqquşma zamanıAzərbaycan Ordusu tərəfindən işğaldan tam azad edilib.

Əhalisi

Ağdərə rayonu Şuşanı çıxmaqla Dağlıq Qarabağda ən çox azərbaycanlı yaşayan rayon idi. İşğala qədər Ağdərinin 14 kəndində (Sırxavənd, BəşirlərQaraşlarQaralar, Baş Güneypəyə, Orta Güney, Xatınbəyli, Manikli, Tellibinə, Narınclar, Çərəktar, İmarət-Qərvənd, Umudlu, Yeni Qaralar) və Gəncxana sovxoz qəsəbəsində 14 mindən çox azərbaycanlı yaşayıb.

Milli tərkib[redaktə | əsas redaktə]

Ağdərə rayonu : 1979-cu il siyahıya alması

Etnik quplar

əhalinin Sayı (Nəfər) 

Azərbaycanlılar

7 050 (15,8%)

Ukraynalılar

20 (0,1%)

Ruslar

355 (0,8%)

Ermənilər

37 050 (83,1%)

Bütün rayon üzrə

44 586 (100%)

Ərazisi

Səthi əsasən dağlıq, şərq hissəsi isə düzənliklərdən ibarətdir. Faydalı qazıntıları – Mehmana polimetal yatağı, əhəngdaşı və gipsdən ibarətdir. Mehmana yatağının filizlərinin tərkibində sink, qurğuşun və digər qiymətli metallar var. (Asan saflaşır, sənaye əhəmiyyətlidir). Əsas çayları Tərtər çayı və Xaçınçaydır. Tərtər çayı üzərində 1976-cı ildə Sərsəng su qovşağı yaradılmışdır. Tərtər kompleksi həm elektrik enerjisi almaq, həm də suvarma məqsədilə qurulmuşdu. Anbarda suyun həcmi 560 min kub metr, ildə 125 milyon kilovat saat elektrik enerjisi verirdi və düzən Qarabağın və dağətəyi zonanın 120 min hektar torpaq sahəsinin suvarılması onunla təmin edilirdi. İşğaldan əvvəl 78 min hektar əkin sahəsi suvarılırdı. Rayon ərazisinin 75,59 min hektarı və yaxud 44 faizini meşələr tuturdu.

Ağdərə Dağlıq Qarabağın mühüm kənd təsərrüfatı rayonlarından idi. İqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu (1988-ci il). Kənd təsərrüfatına yararlı torpaqlar 53324 hektar idi. Bunun 21189 hektarı əkin yeri, 5931 hektarı çoxillik bitkilər, 1892 hektarı biçənək, 22863 hektarı örüş idi. Suvarılan torpaqlar 15 min hektar idi. Əkin sahəsinin 9,7 min hektarı dənli-paxlalı bitkilər (buğda, arpa, qarğıdalı) və kartof, 11,3 min hektarı yem bitkiləri əkinləri idi. Rayonda üzümlüklər 3,4 min hektar sahəni tuturdu. Tərtər çayı dərəsi boyunca Azərbaycanın yuxarı və aşağı Qarabağını birləşdirən karvan və avtomobil yolları var idi.

İnzibati-ərazi bölgüsü

·         1 yanvar 1977-ci il tarixinə rayon ərazisində 24 Sovetlikdə (2 qəsəbə Sovetliyi, 22 kənd Sovetliyi) 3-ü qəsəbə və 57-si kənd olmaqla 60 yaşayış məntəqəsi mövcud olmuşdur:

·         1. Mardakert qəsəbə Sovetliyi (Mardakert qəsəbəsi, Karmiravan kəndi)

·         2. Leninavan qəsəbə Sovetliyi (Leninavan qəsəbəsi, Levonarx kəndi, Həsənqaya kəndi, Maralyansarov kəndi)

·         3. Araçadzor kənd Sovetliyi (Araçadzor kəndi, Tomaqahoğ kəndi, Ayyad kəndi)

·         4. Arutyunaqomer kənd Sovetliyi (Arutyunaqomer kəndi, Verin Oratağ kəndi)

·         5. Aterk kənd Sovetliyi (Aterk kəndi)

·         6. Vaqaus kənd Sovetliyi (Vaqaus kəndi)

·         7. Vəngli kənd Sovetliyi (Vəngli kəndi, Şahmasur kəndi, Qarnakar kəndi)

·         8. Verin Çaylı kənd Sovetliyi (Verin Çaylı kəndi, Nerkin Çaylı kəndi, Madagiz kəndi,  ">Dostagir kəndi, Tonaşen kəndi, Madagiz qəsəbəsi)

·         9. Canyataq kənd Sovetliyi (Canyataq kəndi, Gülyataq kəndi, Manikli kəndi, Xatınbəyli kəndi)

·         10. Drmbon kənd Sovetliyi (Drmbon kəndi, Qoçoqot kəndi)

·         11. İmarət Qərvənd kənd Sovetliyi (İmarət Qərvənd kəndi, Zardaxaç kəndi, Çapar kəndi, Getavan kəndi)

·         12. Qazançı kənd Sovetliyi (Qazançı kəndi)

·         13. Kolatağ kənd Sovetliyi (Kolatağ kəndi, Damğalı kəndi)

·         14. Mağavuz kənd Sovetliyi (Mağavuz kəndi, Akop Kamari kəndi, Minqrelsk kəndi, Cerabert kəndi)

·         15. Metsşen kənd Sovetliyi (Metsşen kəndi)

·         16. Möhrətağ kənd Sovetliyi (Möhrətağ kəndi, Ağabəyələnc kəndi)

·         17. Nareştar kənd Sovetliyi (Nareştar kəndi)

·         18. Nerkin Oratağ kənd Sovetliyi (Nerkin Oratağ kəndi, Qasapet kəndi, Dəmirli kəndi)

·         19. Seysulan kənd Sovetliyi (Seysulan kəndi, Yarımca kəndi)

·         20. Sırxavənd kənd Sovetliyi (Sırxavənd kəndi, Kiçan kəndi)

·         21. Talış kənd Sovetliyi (Talış kəndi)

·         22. Umudlu kənd Sovetliyi (Umudlu kəndi, Zəylik kəndi)

·         23. Çərəktar kənd Sovetliyi (Çərəktar kəndi)

·         24. Çıldıran kənd Sovetliyi (Çıldıran kəndi, Mehmana kəndi, Poqosaqomer kəndi)

Tarixi Abidələri

Memarlıq abidələrindən Vəngli kəndindəki məşhur Gəncəsər alban məbədi, Xanabert qalası, Herabert qəsəbəsində Hermuk qalası, kilsə, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il) var idi. Talış kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərtər çayının yuxan axarında məbəd (XIII əsr), Qasapert kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yegiş Arakel məbədi (XII əsr) və qədim körpülər dağıdılıb. (Oradakı Qafqaz alban dinastiyaları və katolikoslarının son istinadgahı olan məşhur Gəncəsar məbədinin əsası 1240-cı ildə Həsən Cəlal tərəfındən qoyulmuşdur. Sonuncu Gəncəsar alban məbədi 1837-ci ildən erməni katolikosluğuna tabe edilmişdir).

İqtisadiyyatı

İşğal edilmiş ərazidə 8036 hektar sanitariya-gigiyena və sağlamlaşdırma fiınksi-yalı meşələr mövcud idi ki, bunun 628 hektan şəhərətrafı yaşıllıq zonası, 7408 hektarı isə su təchizatı mənbələrinin sanitar mühafızə zonalarına aid meşələr idi. Rayonda 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44%-ni təşkil edirdi. Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu. Ağdərə rayonunda zəngin faydalı qazıntı yataqları var idi: Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 mil- yon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı vardı. Sənaye ehtiyatları 38080 min kub metr olan Ağdərə, 6423 min kub metr olan Şorbulaq-I, 2129 min kub metr olan Şorbulaq – II mişar daşı yatağı, 200 min kub metr olan Ağdərə gəc yatağı düşmənlərə qaldı.

Onu da qeyd edək ki, işğal olunmuş ərazilərimizin qızıl yataqları bir qayda olaraq ABŞ-ın, Kanadanın, İsveçrəninFransanın iş adamları tərəfindən talan olunur. AğdərəninMehmana mis yatağı Türkiyəli iş adamı Mehmət Abdullaoğluna satılıb. 2004-cü ildən türk iş adamı Mehmana ərazisindən mis çıxarmaqla məşğuldur. Maraqlıdır ki, ərazidən çıxarılanmis Rusiya Federasiyasindakı, Almaniyadan olan iş adamına satılır. 2005-ci ilin mart ayından iş adamı M. Abdullaoğlu ərazidəki digər mis və qurğuşun yataqlarını da satın alıb.

80-ci illərin sonlarında, Dağlıq Qarabağda erməni separatizminin aktiv fazaya keçməsi ərəfəsində rayonun ərazisində zəngin daş kömür yataqlarının da olduğu aşkarlanmışdı. 2011-ci ildə isə Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində yeraltı təbii sərvətlərin talan edilməsinə dair daha bir planı açıqlanıb. Düşmən ölkənin energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib ki, Ağdərə rayonundakı daş kömür yataqlarında ehtiyatların həcmini araşdırmaq üçün tədqiqat işləri gedir. Onun sözlərinə görə, işlərin hələ başa çatmamasına və bir neçə il davam edəcəyinə baxmayaraq artıq indidən aydındır ki, Dağlıq Qarabağda daş kömür ehtiyatları İrəvan İstilik Elektrik Stansiyasının köhnə enerji blokunu yenidən işə salmaq üçün yetərlidir.