Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Dünya kitabxanaları
19 Oktyabr , 2016
Kitabxanalar mədəniyyətin bir qoludur və onlarsız mədəniyyəti təsəvvür etmək mümkün deyil. Bu yazıda dünyanın müxtəlif şəhərlərində yerləşən tanınmış kitabxanaların bir neçəsi haqqında qısa söhbət açacağıq.

Kopenhagen Kral Kitabxanası
Kopenhagen Kral Kitabxanası Danimarkanın milli kitabxanası sayılır və Skandinaviya ölkələrində ən böyük kitab saxlancıdır. Kitabxananın fondunda böyük sayda tarixi əhəmiyyətli nəşrlər saxlanılır. Burada Danimarkada ilk dəfə 1482-ci çap edilmiş kitabdan tutmuş, XVIII əsrdən başlayaraq çap olunan kitablar saxlanılır. Kitabxana 1648-ci ildə Danimarka kralı II Frederik tərəfindən açılıb. Ümumi istifadə üçün isə kitabxana 1793-cü ildən fəaliyyət göstərir. 1989-cu ildə o, universitet kitabxanasına çevrilib və 2005-ci ildə Danimarkanın Milli Kitabxanası adlandırılıb. İndiki rəsmi adı isə Danimarka Kral Kitabxanasıdır.
kitabxanalar mədəniyyət ocağıdır

Rusiya Dövlət Kitabxanası
Moskva şəhərində yerləşən Vladimir İliç Lenin adına Rusiya Dövlət Kitabxanası saxlanılan kitab fondlarının, sənədlərin həcminə görə Avropada birinci, dünyada ikinci kitabxana hesab olunur. Kitabxanada 367 dildə yerli və xarici sənədlər, nadir kitablar, musiqi notları, səs yazıları, müxtəlif dissertasiyalar, qəzet və jurnallar qorunub saxlanılır. Ümumi kitab fondu 43 milyon nüsxəyə yaxındır. Kitabxanaya hər gün orta hesabla 4000 ziyarətçi gəlir, 200 nəfər yeni oxucu üzv yazılır. Kitabxananın virtual oxu zalları fəaliyyət göstərir. 1992-ci ildə bu kitabxana “Ginnesin rekordlar kitabı”na düşüb. Kitabxananın ayrı-ayrı fondları Moskvanın müxtəlif yerlərində yerləşir.

ABŞ Konqres Kitabxanası
Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ - 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası qalır.
1814-cü ildə ABŞ-Britaniya müharibəsi vaxtı kitabxana demək olar ki, məhv olur. İngilis əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar. 3000-dən çox kitab məhv olur. Eks-prezident və kitab həvəskarı Tomas Cefferson özünün yarım əsr ərzində yığdığı 6487 cilddən ibarət kitabxanasını kitabxanaya bağışlayır. Belə bir kitabxana ABŞ-da heç kimdə yox idi.
Konqres Kitabxanası dünyanın ən böyük kitabxanası hesab olunur. Onun fondlarında saxlanılan kitablar 470 dildədir, yarısından çoxu ingilis dilindədir. Ümumi kitab fondu 142 milyondan çoxdur. Əlavə olaraq 32 milyondan çox digər çap məhsulları, 12.5 milyon fotoşəkil, 5.3 milyon coğrafiya xəritələri, 5.6 milyon not və 62 milyon əlyazması saxlanılır.

ABŞ. Vaşinqton. Sietla kitabxanası.
Bu kitabxana 2004-cü ildə tikilib. Kitabxananın yerləşdiyi yer şəhərin səs-küyündən bir qədər aralıda seçilib. Bundan əlavə binanın mərtəbələri spiral şəklində salınıb. Yəni burada bütün kitabxananı heç bir pilləkən qalxmadan gəzmək olar.

ABŞ. Yuqa ştatı, Solt-Leyk-Siti
Bu məkan heç də başqa kitabxanalara bənzəmir. Burada digərləri kimi sizdən sakitliyə riayət etmək tələb olunmur. Hətta hər mərtəbədə musiqi də səslənir. Bundan əlavə isə siz kitab oxumaq keyfini burada yerləşən kafedə oturub bir fincan qəhvə içərək də çıxara bilərsiz.

Hollandiya. Delft. Delft Texniki Universitetinin kitabxanası
Bu kitabxananın proyekti məşhur "Mecanoo" studiyası tərəfindən yığılıb. İlk baxışdan nəhəng metal konusu xatırladan kitabxanada 4 zal var. Binanın mərtəbələrini xüsusi vint şəkilli pilləkənlərlə qalxmaq olar.

Danimarka. Kopenhaqen. Şah kitabxanası.
Kitabxananın əsası 1948-ci ildə qoyulub. Burada tarix boyu mövcud olmuş bütün uşaq nağılları kitablarını tapmaq mümkündür. Kitabxananın yeni "qara brilliant" adlanan korpusu 1999-cu ildə qurulub. Bu kitabxananın yuxarı mərtəbələrində oxu zallarından başqa, iki muzey və bir konsert zalı belə var.

«Parque España» ( İspan parkı ) kitabxanası. Kolumbiya.
Bu kitabxananın binası Santo-Dominqo şəhərciyinin təpəsində tikilib. Buranın tikilməsində məqsəd 1980-90-cı illərdə narkomaniyadan böyük itkiyə məruz qalan əhalinin qismən belə olsa fikrini kitaba yönəltmək və bəladan ayırmaq idi. Lakin bu layihə heç uğurlu alınmadı.

Belorusiya. Minsk Milli kitabxanası.
Belorusiyanın ən güclü kitabxanası sayılan Minsk milli kitabxanasında 8 milyondan artıq kitab var. Burada həm də Minskdə mövcud olan yeganə tamaşa meydançası yerləşir.

Halmstad kitabxanası. İsveç.
Kitabxananın ətrafını tamamilə bürüyən enliyarpaqlı meşələr bütün şüşəli zallardan əsrarəngiz mənzərə yaradır. Bu da kitab oxumağa gələnlərə böyük bir zövq bəxş edir.

Xose Vaskonselosa adına Mexiko kitabxanası. Meksika
2007-ci ildən 2 illik əsaslı təmirə bağlanan Xose Vaskobselosa kitabxanası hal-hazırda fəaliyyətdədir. Burada təmir sonrası yeni musiqi zalları və 500 nəfərlik geniş oxu auditoriyası yaradılıb. Bu kitabxanada oxuyucuların rahatlığı üçün hər bir şərait mövcuddur.

Britaniya kitabxanası. İngiltərə, London. 
  Britaniya kitabxanası dünyanın ən nəhəng kitab saraylarından biridir. Burada dünyanın hər yerindən yığılan 800 milyondan artıq kitab və 100 milyon rəqəmsal formatlı kitablar oxuyucuların istifadəsindədir. Kolleksiyaya bu günümüzədək qorunub saxlanmış Kapitan Ceyms Kukun qeyd jurnalları və Beovulfun yeganə əlyazması da daxildir.