Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
İnsan Hüquqları
19 Oktyabr , 2016
İnsan haqqları demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. Bu məsələnin universallaığından, çox vaxt bu və ya digər dövlətlərdə insan haqlarından sui istifadə halları əsas götürülərək onlara qarşı hərbi və iqtsadi təzyiq göstərmək üçün istifadə edilir. Konstitusiayıarda əsas hüqüqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqqları inkar olunmaz bir hüqü kimi qəbul edilmişdir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanunləşdirilmişdir.

Ilk dəfə olaraq insan haqqına Fransada 1789-cu ildə qəbul edilmiş "İnsan və vətəndaş haqqları haqqında deklarasiya"da rast gəlinir. Baxmayar ki, buna qədər insan haqlarının tanınması uzun inkişaf yolu keçmişdir. Onun inkişaf yolunda ingiltərə və amerikada bu sahədə məlum olan xartiyalar var idi.

XX əsrdə insan hüqüqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT təşkilatı tərəfindən qəbul olunmuş "İnsan hüqüqları haqqında ümumi deklarasiya" olmuşdur.

1950-ci ildən başlayaraq 10 dekabr insan hüquqları günü kimi qeyd edilir.

1966-cı ildə BMT-nin başçılığı altında "Vətəndaşlıq və siyasi hüqüqlar haqqında beynəlxalq pakt" və "iqtisadi, sosial və mədəni hüqülar haqqında pakt" qəbul edilmişdir.

1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya ölkəmizdə əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoymuşdur. Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir. Sənədin «Əsas insan və vətəndaş hüquqları və azadlıqları» adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 1998-ci il 22 fevral tarixində “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalanmış və onun 1998-ci il 18 iyun tarixli sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənmişdir. Qeyd olunan dövlət proqramı əsasında 2002-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) institutu təsis edilmişdir.

Avropada insan hüqülarının və azadlığın qorunması üçün Avropa Konvensiyası mövcuddur. Bu konvensiyanın beynəlxalq müqavilələrdən fərqi ondadır ki, Avropada real işləmə mexanizminə malik insan haqlarını qoruyan Avropa məhkəməsi fəaliyyət göstərir.

İnformasiya cəmiyyəti formalaşdıqca insan hüquqlarının təmin olunması üçün geniş imkanlar açılır. Çünki informasiya cəmiyyətinin əsas məqsədi yaşından, cinsindən, irqindən, fiziki imkanlarından, bir sözlə, heç bir sosial mənsubiyyətindən asılı olmadan insanların istənilən zamanda informasiya tələbatını ödəməkdən, digər tərəfdən, insanların düşündüklərini maneəsiz olaraq ictimaiyyətə çatdırmaq üçün vasitələr yaratmaqdan ibarətdir. Əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı, informasiyanı yaymaq azadlığı bu gün aktual mövzu olan bloqlar, yəni on-layn fərdi gündəliklər vasitəsilə reallaşır. Bloqlar kimi, forumlar, virtual cəmiyyətlər, sosial və bərabərhüquqlu şəbəkələr(P2P), elektron mitinqlər və s. insanlara sərbəst, azad və maneəsiz toplaşmaq hüququnu reallaşdırmağa imkan yaradır.
Veb-saytlar və sosial şəbəkələr insanların dinc yığıncaqlar keçirmək və assosiasiyalar yaratmaq hüququnu reallaşdırmağa şərait yaradır. Dialoq mitinqlərinin və vətəndaş qruplarının görüşlərinin təşkilində bu və ya digər baş verə biləcək problemlərin qarşısının alınmasında da veb-saytlar və sosial şəbəkələrin rolu böyük önəm daşıya bilər. Burada hər bir iştirakçı tərəf öz ideya və təkliflərini bölüşüb, konkret tələb və iddialarla çıxış etmək hüququna malikdir.

Hər bir insan öz ölkəsinin idarə edilməsində bilavasitə və yaxud azad seçilən nümayəndələr vasitəsilə iştirak etmək, öz ölkəsində dövlət qulluğuna hamıyla bərabər yol tapmaq hüququna malikdir. İKT vasitələri vətəndaşların müxtəlif informasiyalara əlyetərliliyi, onların siyasi qərarların qəbulunda iştirakını və dövlətin fəaliyyətinə nəzarət etməsi imkanlarını artırır. Bu hüquqların reallaşma vasitələri kimi demokratik institutların elektronlaşması, elektron dövlətin, elektron parlamentin və elektron məhkəmə sisteminin qurulmasını göstərmək olar.

Hər bir insanın heç bir ayrı-seçkiliyə məruz qalmadan işləmək, istədiyi işi sərbəst seçmək, ədalətli və əlverişli əmək şəraitinə malik olmaq hüququ vardır. Əgər sənaye cəmiyyətində iş yerlərində fiziki güclə çalışan ağır və böyük dəzgahlar istifadə edilirdisə, informasiya cəmiyyətində onların yerini kompüterlər, sadə əməyi yüngülləşdirən texnologiyalardan istifadə edilir. Artıq kompüter qarşısında əyləşən intellektual insanın qadın və ya kişi olması heç bir önəm daşımır. Kişi və qadın bərabərsizliyi aradan qalxmış olur. İnformasiya cəmiyyətində əməyin xarakteri dəyişir, yeni əmək münasibətləri formalaşır. Distant əmək və ya frilans (freelance) adlanan yeni işçi qrupları formalaşır.

Hər bir insan təhsil almaq hüququna malikdir və bu imkanlar hamı üçün münasib olmalıdır. Təhsil şəxsiyyətin inkişafına, insan hüquqlarına, əsas hüquq və azadlıqlara hörmətin artırılmasına yönəldilməlidir. Sənaye cəmiyyətindəki ənənəvi təhsil sisteminin yerini informasiya cəmiyyətində innovativ təhsil, təhsilin fərdiləşməsi, fasiləsizliyi, zaman, məkan məhdudiyyətini aradan qaldıran distant təhsil sistemi tutmaqdadır.
insan hüquqları ile ilgili görsel sonucu