Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
15 Noyabr , 2016

Respublikamızın şəhər və rayonlarında “Gənclər mütaliə edir” adı altında aksiya keçirilir.

 Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən aksiya çərçivəsində Ağsu Rayon Mərkəzi Kitabxana Sistemi şəhər 3 saylı tam orta məktəbində tədbir keçirib. Rayonda yenicə start verilən aksiyada IX-XI siniflərdə təhsil alan 20 şagird iştirak edib.

Aksiya zamanı yeniyetmələr ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev haqqında kitablar, Azərbaycanın və dünyanın məşhur klassik və müasir yazarlarının əsərləri ilə tanış olub, ucadan oxular təşkil ediblər.

Aksiya davam edir.