Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Şəhidlərimiz
17 Noyabr , 2016
Toğrul Fərəczadə 1993-cü ildə Ağsu rayonunun Bico kəndində dünyaya gəlib. O, 2012-ci ilin oktyabr ayında hərbi xidmətə yollanıb və daha sonradan hərbçi kimi fəaliyyətini davam etdirib.
Toğrul Fərəczadə 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Toğrul Fərəczadənin meyiti 8 aprel günü erməni tərəfindən geri alındı. 9 aprel tarixində isə Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olan Toğrul Fərəczadə Ağsu rayonunun Bico kəndində torpağa tapşırıldı. Dəfn mərasiminə minlərlə rayon sakinləri ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Fərəczadə uğrunda şəhid olduğu torpaqa tapşırıldı.

18 may tarixində Toğrul Fərəczadə ölümündən sonra göstərdiyi qəhrəmanlıq üçün "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edildi.

Toğrul Fərəczadə (d. 1993, Ağsu, Azərbaycan - ö. 2 aprel 2016, Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub.