Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
20 Noyabr , 2016
Bu günlərdə Ağsu rayon Mərkəzi kitabxanası “Miras” Mədəni İrsin Öyrənilmə-
sinə Kömək İctimai Birliyinin “Orta əsr Ağsu şəhəri” turizm kompleksində təşkil etdiyi daha bir layihədə iştirak etmişdir.”Kənd həyat tərzinin inkişafında qadınların rolu” layihəsində Azərbaycanda yaşayan əhalinin, ahıl,tənha və aztəminatlı ailələrin ,xüsusilə qadınların sosial vəziyyətinin yaxşılaşması və onların asudə vaxtının səmərəli təşkilifinə dəstək verilir.Layihədə qədim el sənəti olan xalçaçılığın inkişafı,bu sahədə rayonun Qəşəd,Bico və Gəgəli kəndlərində olan ənənələrin davam etdirilməsi üçün təklif və tövsiyələr verilmişdir.Tədbirdə iştirak edən qadınlar palaz,xalça,namazlıq,hədiyyəlik xurcun və məfrəşlərini nümayiş etdirmişlər.Mərkəzi Kitabxana isə xalçaçılığa aid onlarla kitabı tədbir iştirakçılarına təqdim etmişdir.