Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Xəbərlər
25 Noyabr , 2016
Ağsu rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəb-litseyində ədəbiyyat dərnəyi yaradılmışdır.Bacarıqlı ədəbiyyat müəllimi Ziyafət Qurbanovanın rəhbərlik etdiyi 9 nəfərlik bu dərnək öz ətrafına ədəbiyyat həvəskarlarını toplamışdır.Mərkəzi kitabxananın işçiləri dərnək üzvülərinə lazımı ədəbiyyatın seçilməsində,bədii yaradıcılığının inkişaf etdirilməsində yaxından köməklik göstərir.Yeni alınmış ədəbiyyatlar,internetdən pdf fomatında nəşrləri tapıb dərnək üzvülərinə verir, onların rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “poeziya klubu”nda iştirakı üçün şərait yaradır.