Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Yeni Həyat qəzeti .(1956-1961)
28 Noyabr , 2016


Kür-Araz qurğuları tikintisi Baş idarəsi 3 nömrəli Göyçay kantorunun  kollektivi sosial -izm yarışını genişləndirərək  5 milyon kub metr su tutan Cavanşir  su ambarının tikilişini başa çatdırmışlar.Ambar  bu yaxınlarda istifadəyə verilmişdir. Cavanşir  su ambarı rayonumuzun K.Marks adına,Nizami adına, Əzizbəyov adına, M.B.Qasımov adına kolxozların, “Paris kommunası ”kolxozunun   və başqa kolxozların 6000 əkin sahəsini suvaracaqdır. Beləliklə yeni su ambarı kolxozlarımızın 1959-cu təsərrufat ilində daha  yüksək məhsul əldə etmələri üçün geniş şərait yaradacaqdır.  

 (Yeni həyat,02Noyabr 1958-ci il,№88)