Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Yeni Həyat qəzeti .(1956-1961)
28 Noyabr , 2016


Ağsu səhiyyə şöbəsi nəzdində 15 çarpayılıq yeni vərəm dispanseri  açılmişdir.Dispanser qəsəbənin seyrangah və ən yaxşı mənzərəli yerində təşkil edilmişdir.  Dispanserdə 11 nəfər  orta  tibb  işçisi və 3 nəfər ixtisaslı  həkim  çalışır.Hazirda burada 14 nəfər   xəstə müalicə  olunmaqdadır.Ayrıca  ambulatoriyası və xəstəxanası  olan bu dispanserə  ətraf rayonlardan da müalicə- yə  gələnlər  çox  olur. Dispanserin daha  çox  genişləndirilməsi  və burada əlavə  yardımçı  binalar  tikilməsi nəzərdə tutulmuşdur. 

 (Yeni həyat,16 Sentyabr 1956-cı il,№74)